25 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ev təsərrüfatlarının inflyasiya gözləntilərində azalma müşahidə edilib

Son bir ayda ölkədə illik inflyasiya tempində əhəmiyyətli dəyişiklik baş verməyib. Mərkəzi Bankın açıqlamasına əsasən, 2022-ci ilin martında ötən ilin eyni ayına nəzərən qiymətlərin ümumi səviyyəsi 12,1 faiz artıb. Aylıq inflyasiya isə 1,1 faiz olub. Martda ötən ilin eyni ayına nəzərən ərzaq qiymətləri 16,8 faiz, qeyri-ərzaq məhsulları 6,6 faiz, xidmətlər isə 10 faiz bahalaşıb.

“Dünya birjalarında əmtəələrin bahalaşmaqda davam etməsi dünyada inflyasiyaya təsir göstərməkdə davam edir. Dünya Bankının məlumatına görə, martda dünya əmtəə qiymətləri enerji məhsulları üzrə ötən ilin eyni ayına nəzərən 2 dəfədən çox, qeyri-enerji məhsulları üzrə isə 31,7 faiz yüksəlib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatının məlumatlarına görə, dünyada ərzağın qiymətləri təkcə mart ayında 12,6%, son bir ildə isə 33,6% artıb. Bütün bunlar tərəfdaş ölkələrdə inflyasiyanın yüksəlməsi ilə müşayiət olunsa da, nominal effektiv məzənnənin möhkəmlənməsi inflyasiya idxalını əhəmiyyətli məhdudlaşdırır”, – açıqlamada qeyd olunub.

Martdan bəri ev təsərrüfatlarının inflyasiya gözləntilərində azalma müşahidə edilib. İnflyasiyanın daha da artacağını gözləyən ev təsərrüfatlarının payı cari ilin birinci rübündə 24,5 faiz təşkil edib ki, bu da bundan əvvəlki rübdəki 28,6 faizlə müqayisədə azdır.

Ortamüddətli dövrdə inflyasiyanın xarici amillərinin səngiməsi və hökumətlə birlikdə həyata keçirilən antiinflyasiya tədbirləri nəticəsində inflyasiyanın tədricən hədəf diapazonuna doğru hərəkət edəcəyi proqnozlaşdırılır.

VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir?