19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ağdam Sənaye Parkında yeni istehsal sahələri yaradılacaq

Sənaye Parkında daha 2 rezident qeydiyyata alınıb

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Ağdam Sənaye Parkında daha 2 sahibkara rezidentlik statusu verilib və bununla da Sənaye Parkının rezidentlərinin sayı 7-yə çatıb.

Yeni rezident “Metkons” MMC Sənaye Parkında havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulatların istehsalını nəzərdə tutan zavod inşa edəcək. İnvestisiya dəyəri 1,9 milyon manat olan layihə çərçivəsində 45 daimi iş yeri açılması nəzərdə tutulur.

Ağdam Sənaye Parkının digər yeni rezidenti “Prof-Dam” MMC tərəfindən dam örtüklərinin istehsalı layihəsi həyata keçiriləcək. Sənaye Parkının 2 hektar ərazisində inşa ediləcək müəssisədə qabaqcıl texnologiyaların tətbiqi ilə profilli metal təbəqə, metal plitə və sendviç panellər istehsal ediləcək. İnvestisiya dəyəri 7 milyon manatdan çox olan müəssisədə 40 nəfər daimi işlə təmin ediləcək.

Hər iki müəssisədə istehsal olunan məhsullar işğaldan azad edilmiş ərazilərimizin bərpasında da istifadə ediləcəkdir.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?