16 Yanvar 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qadın sahibkarların bacarıq və biznes imkanlarının genişləndirilməsi əsas hədəflərdəndir

Azərbaycanda Avropa İttifaqı tərəfindən maliyyələşdirilən yeni birillik “Gender yönümlü və çoxtərəfli əməkdaşlıq vasitəsilə davamlı inkişaf yolunda qadınların potensialının gücləndirilməsi və iqtisadi səlahiyyətləndirilməsi” layihəsi başlayır.

Əsas hədəfdə Quba-Xaçmaz iqtisadi zonasından olan qadın sahibkarlardır.

Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Assosiasiyası (AQSİA) tərəfindən icra olunan bu layihə ölkəmizdəki qadınların və qızların özünəməşğulluq və öz bizneslərinə başlayaraq sahibkarlıq imkanlarının genişləndirilməsi naminə bacarıqların artırılması və maarifləndirməyə yönəlib. Layihənin benefisiarları Azərbaycanın Quba-Xaçmaz iqtisadi zonasından olan həssas qruplara aid qadınlar və qızlardır.

AQSİA-dan bildirilib ki, yeni başlayan bu layihə əmək bazarında qadınlara qarşı diskriminasiya təcrübələrini və zərərli gender stereotiplərini aradan qaldırmaq məqsədilə dövlət və özəl sektor arasında çoxtərəfli gender-məlumatlı dialoqunu təşviq edəcək. Bilik və qabaqcıl təcrübələrin ölkəxarici mübadiləsini təmin etmək üçün layihə çərçivəsində Gürcüstanda Qadınların Biznes Şurası ilə əməkdaşlıq qurulacaq. Layihə 2022-ci ilin fevral ayında başlayıb və 1 il davam edəcək.

Layihə çərçivəsində KOB Agentliyinin Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində potensial benefisiar qadınlar üçün layihənin təqdimatı keçirilib. Tədbir zamanı 105 qadın layihədə iştirak üçün ilkin qeydiyyatdan keçib. Ümumilikdə 80 qadın layihədən faydalanacaq.

“AQSİA qadın sahibkarların inkişafını dəstəkləmək amalına sadiqdir və bu yeni layihə regiondan olan qadınların layihəyə qoşularaq öyrənmə, təcrübədən keçirmə, bilikləri paylaşma, təcrübə mübadiləsi və kiçik biznesləri üçün dəstək imkanları əldə etməsi vasitəsilə bu amala töhfə verəcək”, – deyə Səkinə Babayeva bildirib.

Layihə BMT Qadın Agentliyi (UNWOMEN) və BMT Əhali Fondu (UNFPA) tərəfindən icra olunan, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Avropa İttifaqı Gender Bərabərliyi Naminə: Birlikdə Gender Stereotiplərinə və Gender Əsaslı Zorakılığa Qarşı" proqramı çərçivəsində həyata keçirilir.

Bu Proqram gender rolları barədə sosial təsəvvürləri dəyişdirməklə, gender stereotiplərini aradan qaldırmaqla, kişilərin uşaq baxımı və digər məişət işlərində iştirakını artırmaqla qadınlar və kişilər üçün bərabər hüquq və imkanların gücləndirilməsinə yönəlib.

VergiYükdaşıma fəaliyyəti həyata keçirən vergi ödəyicisi e-qaimə verməlidirmi? VergiMülki müqavilə ilə işləyən şəxsə vergi güzəşti tətbiq olunurmu? VergiHansı toyuq əti məhsulu ƏDV-yə cəlb olunur? VergiAlış aktı ilə alınan mallara görə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiKriptovalyuta ticarətindən əldə edilən gəlir vergiyə cəlb olunurmu? VergiToyuq ətinin idxalı zamanı ödənilən ƏDV əvəzləşdirilirmi? VergiMMC kimi fəaliyyət göstərən idman klublarına köçürülən vəsait gəlirdən çıxılırmı? VergiUşaq bağçasına ödənilən yardım məbləği gəlirdən çıxılırmı? VergiSosial şəbəkələrdə reklamlara ödənilən vəsaitdən hansı qaydada vergi tutulur? VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir?