19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əmlak idarəçiliyi sahəsində elektron xidmətlərdən istifadə sayı artıb

Müasir dövrün əsas tələblərindən olan elektronlaşma hazırda bütün sahələri əhatə etməkdədir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti də fəaliyyət sahələrinə uyğun olaraq göstərilən xidmətlərin rəqəmsallaşmasına üstünlük verir. Cari ilin ilk rübü ərzində bu sahədə uğurlu nəticələr əldə edilib.

Həyata keçirilən tədbirlərin nəticəsidir ki, hazırda Xidmətin fəaliyyət sahələri üzrə 44 elektron xidmət vətəndaşların istifadəsindədir. Bunlardan 41-i interaktiv, 3-ü isə informativ xidmətlərdir. Bu xidmətlər həm “Elektron hökumət” portalı (www.e-gov.az), həm də Dövlət Xidmətinin elektron xidmətlər portalı (www.e-emlak.gov.az) üzərindən təqdim olunur.

Cari ilin yanvar-mart ayları ərzində Dövlət Xidməti tərəfindən vətəndaşlara, fiziki və hüquqi şəxslərə müxtəlif fəaliyyət istiqamətləri üzrə 429.521 elektron xidmət göstərilib. 2021-ci ilin eyni dövrü ilə müqayisədə elektron xidmətlərdən istifadə sayı 137.024 və ya 32% çox olub.

Aparılmış təhlillər göstərir ki, istifadəçilərin böyük əksəriyyəti daşınmaz əmlakın qeydiyyatı ilə bağlı elektron xidmətlərə müraciət edir. Belə ki, 2022-ci ilin ilk rübü ərzində daşınmaz əmlakın qeydiyyatı üzrə elektron xidmətlərdən istifadə sayı 39.244 olub. Ən çox istifadə olunan elektron xidmət isə “Elektron çıxarışın yoxlanması”dır. Bu xidmətdən istifadə sayı 336.819-dur. İstifadə sayı 18.717 olan “Daşınmaz əmlakın mövcudluğu barədə arayışın alınması” xidməti də daha çox müraciət edilənlər sırasındadır.

Bundan başqa, əmlak idarəçiliyi sahəsində onlayn xidmətlər də bu sahədə rahatlığı və operativliyi əhəmiyyətli dərəcədə artırıb. Belə ki, vətəndaşlar daşınmaz əmlakın yüklülüyünə dair arayışı (Forma-1) notariuslarda onlayn rejimdə əldə edirlər. Cari ilin yanvar-mart ayları ərzində bu xidmətdən istifadə sayı 39.817 olub.

Bu dövrdə dövlət əmlakının özəlləşdirilməsi, idarə edilməsi və icarəsinə dair elektron xidmətlər üzrə 8.103 müraciət qəbul edilib. Qeyd olunan sahələr üzrə elektron xidmətlərin arasında ən çox istifadə ediləni “Daşınmaz dövlət əmlakının qeydiyyat vərəqəsinin elektron qəbulu”dur.

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən fəaliyyət sahələrində innovasiyaların tətbiqi, elektron xidmətlər sferasının genişləndirilməsi, prosedurların optimallaşdırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində işlər davam etdirilir.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?