18 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İƏİT-lə əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb

İƏİT-lə əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb

İqtisadiyyat naziri Mikayıl Cabbarov İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Qlobal Əlaqələr Katibliyinin Avrasiya şöbəsinin rəhbəri Vilyam Tompsonla görüşüb.

İqtisadiyyat naziri ölkəmizdə İƏİT-lə əməkdaşlığa önəm verildiyini, qurumun Avrasiya Rəqabətlilik Proqramı çərçivəsində faydalı əməkdaşlığı, hər il Parisdə keçirilən “Avrasiya həftəsi” tədbirində İqtisadiyyat Nazirliyi tərəfindən iştirakın təmin edildiyini vurğulayıb. Qeyd olunub ki, Azərbaycanın qeyri-neft iqtisadiyyatının inkişafı və şaxələndirilməsi məqsədilə həyata keçirilən tədbirlərin icrasında beynəlxalq təcrübənin tətbiqi baxımından İƏİT-lə tərəfdaşlıq önəmlidir. Diqqətə çatdırılıb ki, İƏİT-lə kiçik və orta müəssisələrin inkişafı, rəqəmsallaşmasının təşviqi, vergi sahəsində şəffaflıq və hesabatlılığın artırılması və digər sahələrdə əməkdaşlığın inkişafı, həmçinin birgə layihələrin icrası üçün imkanlar genişdir.

İƏİT-nin Qlobal Əlaqələr Katibliyinin Avrasiya şöbəsinin rəhbəri Vilyam Tompson təmsil etdiyi təşkilatın Azərbaycanla əlaqələrin genişlənməsində marağını ifadə edib, birgə təşəbbüslərin və layihələrin icrasının Azərbaycanda kiçik və orta biznesin inkişafının təşviqinə töhfə verəcəyini vurğulayıb.

Görüşdə Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Kiçik Biznes Aktına uyğunluğun, Azərbaycan İnvestisiya Holdinqinin portfel şirkətlərində korporativ idarəetmənin qiymətləndirilməsi layihələri, Azərbaycan-İƏİT Əməkdaşlıq Şurasının yaradılması barədə müzakirələr aparılıb.

VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır?