18 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Növbəti hərracda daha 20 nəqliyyat vasitəsi özəlləşdirilib

Növbəti hərracda daha 20 nəqliyyat vasitəsi özəlləşdirilib

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən hərraclarda vətəndaşlar onlar üçün yaradılmış əlverişli şəraitdən istifadə etməklə rahat şəkildə əmlak sahibinə çevrilə bilərlər. Özəlləşdirilməyə çıxarılan dövlət əmlaklarının müxtəlifliyi isə alıcıya seçim imkanı verir.

Xidmətdən bildirilib ki, aprelin 21-də keçirilən növbəti hərracda özəlləşdirilən 20 nəqliyyat vasitəsinə ümumilikdə 50 sifariş qəbul edilib. Hərracda satılan avtomobillər Amerika istehsalıdır və onların buraxılış tarixi 2013-cü ildir. Budəfəki hərracda satılmış nəqliyyat vasitələri üzrə 112 min manat vəsaitin dövlət büdcəsinə ödənilməsi nəzərdə tutulur.

Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin siyahısı ilə buradan tanış olmaq mümkündür: ( https://bit.ly/38cy0WA )

Məlumat üçün bildiririk ki, cari ay üzrə növbəti hərrac aprelin 26-da keçiriləcək.

VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır?