13 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qırğızıstan Prezidenti Azərbaycanın işgüzar dairələri ilə görüşüb

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycana rəsmi səfəri çərçivəsində aprelin 20-də ölkəmizin işgüzar dairələrinin nümayəndələri ilə görüşüb.

Tədbirdə əvvəlcə Qırğızıstanın investisiya mühitinə dair videoçarx nümayiş olunub.

Qırğız Respublikasının Prezidenti Sadır Japarov ortaq tarixi, dəyərləri, dil və mədəni bağlılıqları olan ölkələrimizin müxtəlif istiqamətlər üzrə münasibətlərinin inkişafının əhəmiyyətini vurğulayıb, Azərbaycanın etibarlı tərəfdaş olduğunu, Qırğızıstanın ölkəmizlə iqtisadi əməkdaşlığın genişləndirilməsinə maraq göstərdiyini, birgə layihələrin həyata keçirilməsi imkanlarını qeyd edib. Prezident ölkəsində investisiyaların cəlb olunması, sahibkarlığın təşviqi, kiçik və orta sahibkarlığın dəstəklənməsi, qida sənayesi, yeni texnologiyalar, turizm, kənd təsərrüfatı və sair istiqamətlərdə görülən işlər barədə danışıb, Azərbaycan və Qırğızıstanın biznes dairələrini fəal əməkdaşlığa dəvət edib.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov keçirilən tədbirin iki dost ölkənin iqtisadi əlaqələrinin, iqtisadi-ticarət tərəfdaşlığının və işgüzar dairələr arasında əməkdaşlığın genişləndirilməsində səmərəli olacağını vurğulayıb. Coğrafi məsafəyə baxmayaraq, ümumi ənənələri, mədəniyyəti və dəyərləri olan ölkələrimiz arasında qarşılıqlı etimada və dostluğa əsaslanan yüksək səviyyəli ikitərəfli münasibətlər inkişaf etdiyini söyləyən nazir deyib: “Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Qırğız Respublikasının Prezidenti Sadır Japarov arasında keçirilmiş görüşdə tərəfdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb və dövlətlərimiz arasında mühüm sənədlər imzalanıb. Bütün bunlar ölkələrimiz arasında əlaqələrin daha yüksək səviyyədə inkişafına xidmət edəcək”.

Qeyd edilib ki, ticarət əlaqələri Azərbaycan-Qırğızıstan əməkdaşlığının əsas istiqamətlərindəndir. Bununla belə, ölkələrimiz arasında ticarətin həcmi bu sahədə potensialı tam əks etdirmir. Ticarət, eləcə də investisiya sahəsində tərəfdaşlığın genişləndirilməsi üçün imkanlar daha böyükdür və bu istiqamətdə qarşılıqlı səylərin gücləndirilməsi əhəmiyyət kəsb edir. Azərbaycanda müxtəlif sahələrdə 60-a yaxın Qırğızıstan şirkəti fəaliyyət göstərir.

İqtisadiyyat naziri Azərbaycanda pandemiyanın təsirlərinin aradan qaldırılması sahəsində həyata keçirilən tədbirlər, əlverişli biznes və investisiya mühiti, sahibkarlara dəstək mexanizmləri, azad edilmiş ərazilərimizdə həyata keçirilən quruculuq layihələri, sənaye zonalarının fəaliyyəti, Azərbaycan İnvestisiya Şirkəti, Ələt Azad İqtisadi Zonasının imkanları və sair barədə ətraflı məlumat verib.

Tədbirdə Qırğız Respublikasında investisiya layihələri barədə təqdimat olub.

Görüşdə sahibkarların sualları cavablandırılıb, işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsi ilə bağı müzakirələr aparılıb.

Tədbir çərçivəsində Qırğız Respublikasının Prezidenti yanında Milli İnvestisiya Agentliyi və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Sənəd biznes tərəfdaşlığının genişləndirilməsi və qarşılıqlı investisiyaların təşviqi məsələlərini əhatə edir.

AZƏRTAC

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?