25 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan-Gürcüstan iqtisadi-ticarət əlaqələrinin inkişafı istiqamətləri müzakirə edilib

Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə reallaşdırılan enerji və nəqliyyat layihələri regional əməkdaşlığa mühüm töhfədir. Bu fikirlər İqtisadiyyat naziri Mikayıl Cabbarovun Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşündə səsləndirilib.

İqtisadiyyat naziri Azərbaycanın dost Gürcüstanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu, əlaqələrin yüksələn xətlə inkişaf etdiyini qeyd edib. Vurğulanıb ki, Gürcüstan Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan transmilli layihələrində fəal iştirak edir. Nazir iqtisadi-ticarət əməkdaşlığının inkişafı istiqamətləri, birbaşa investisiyaların cəlb edilməsi sahəsində tərəfdaşlıq və digər məsələlərə dair fikirlərini bildirib, əlaqələrin genişləndirilməsi üçün potensialı diqqətə çatdırıb.

Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, ölkəmizin etibarlı tərəfdaş olduğunu, hər iki ölkənin iştirakı ilə həyata keçirilən layihələrin bölgədə sülh və sabitliyə xidmət etdiyini vurğulayıb.

Görüşdə ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı, tranzit yükdaşımalar və logistika imkanlarının genişləndirilməsi, Gürcüstan və Azərbaycanda istehsal olunan mallara aksiz vergisinin bərabərləşdirilməsi, həmçinin birgə layihələrin icrası barədə fikir mübadiləsi aparılıb.

VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir?