23 Sentyabr 2023

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

KOB Fest - sərgi-satış yarmarkasında iştirak etmək istəyən sahibkarların nəzərinə!

25-26 aprel tarixlərində “İçərişəhər”də (Qoşa Qala Meydanı) təşkil olunacaq ilk KOB Fest - sərgi-satış yarmarkasına müraciətlərin qəbulu davam edir.

Yarmarkada məhsul və xidmətlərini təqdim etmək istəyən mikro və kiçik sahibkarlıq subyektləri müvafiq müraciət formasını dolduraraq elektron qaydada Agentliyə müraciət edə bilərlər: https://smb.gov.az/az/contact-form/exhibition-form/1

Müraciətlərin qəbulu 18 aprel, saat 00:00-da başa çatacaqdır.

Qeyd edək ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçiriləcək KOB Fest – sərgi-satış yarmarkası 25 aprel – Sahibkarlar Gününə həsr olunacaq. Yarmarkada müxtəlif qida və qeyri-qida məhsulları, sənətkarların və yaradıcı şəxslərin əl işlərinin satışı həyata keçiriləcək. Ənənəvi sərgi-satış yarmarkalarından fərqli olaraq, “KOB Fest”də təkcə istehsalla məşğul olan sahibkarlar deyil, istehlakçılara müxtəlif xidmətlər təqdim edən KOB subyektləri və startaplar da təmsil oluna bilərlər. Yarmarka çərçivəsində həmçinin, sahibkarlar arasında “B2B” görüşlər keçiriləcək, biznes xidmətlər göstəriləcək, eləcə də mədəni-əyləncəli proqram, yaradıcı şəxslər və sənətkarlar tərəfindən master-klasslar təşkil olunacaq. Yarmarkada mikro və kiçik sahibkarların iştirakı üçün ödəniş nəzərdə tutulmur.

Bakı ilə yanaşı, növbəti aylarda ölkənin digər şəhər və rayonlarında da KOB Fest – sərgi-satış yarmarkalarının keçirilməsi nəzərdə tutulur.

Vergi20 Yanvar şəhidinin ailə üzvlərinin hansı vergi güzəşti mövcuddur? Vergiİdxalı əvəz edən mal istehsalçıları hansı vergilərdən azaddır? MüsahibələrMahmud Ul-Həssan Xan: “Pakistan şirkətlərinin Azərbaycan iqtisadiyyatına sərmayə qoymaq üçün böyük imkanları var” MÜSAHİBƏ İqtisadiyyatSinqapurun “Trafigura Pte Ltd” şirkəti ilə anlaşma memorandumları imzalanıb VergiXaricdən əldə edilən gəlirlər üzrə kameral vergi yoxlamasının müddəti nə qədərdir? İqtisadiyyatSahibkar Vüqar Məmmədov: “Ölkədə sahibkarlıqla məşğul olmaq üçün hər cür şərait yaradılıb” İqtisadiyyatİqtisadiyyat nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib VergiHansı hallarda ali təhsil alan tələbələrin valideynlərinə vergi güzəşti tətbiq olunur? VergiTibbi xidmətlərə görə nağd ödənişlərin qəbul edilməsi hansı maliyyə sanksiyasına səbəb olur? Ekspert RəyiVergi ödəyicisinə arayışın təqdim edilməməsinə görə maliyyə sanksiyasının tətbiq edilməsi