15 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Növbəti hərracda 12 nəqliyyat vasitəsi özəlləşdrilib

Dövlət əmlakı üzrə geniş seçim və rahat özəlləşdirmə imkanı hərraclarda iştirakçı fəallığını artırır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin aprelin 12-də keçirilən hərracda da alıcı aktivliyi müşahidə olunub. Hərracda 12 nəqliyyat vasitəsi özəlləşdirilib. Dövlət əmlaklarına ümumilikdə 43 sifariş qəbul olunub

Budəfəki hərraca çıxarılan nəqliyyat vasitələrinin əksəriyyəti Rusiya istehsalı avtomobillər olub. Özəlləşdirilən avtomobillərin istehsal tarixi 1986-2007-ci illəri əhatə edir.

Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://bit.ly/3E3F0kH)

Məlumat üçün bildiririk ki, aprel ayı üzrə daha 4 hərrac keçiriləcək. Hərraclara kiçik dövlət müəssisə və obyektləri, yarımçıq tikililər və nəqliyyat vasitələri çıxarılıb.

Hər kəs Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür.

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?