29 Mart 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanın əlverişli investisiya mühiti Fransa biznes subyektləri üçün imkanlar açır

Azərbaycan Mərkəzi Bankında (AMB) Fransa Sahibkarlar Təşkilatı – “MEDEF International”ın icraçı direktoru Filip Qotyenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

AMB-dən bildirilib ki, görüş “MEDEF lnternational” təşkilatının 2019-cu ilin iyul ayında ölkəmizə həyata keçirdiyi son səfərinin davamı olan işgüzar səfər çərçivəsində təşkil olunub. Görüşdə qeyd edilib ki, ümumilikdə səfərin məqsədi Fransa şirkətləri ilə onların Azərbaycan tərəfdaşları arasında birbaşa əlaqələri inkişaf etdirmək və Fransa ilə əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirməkdən ibarətdir. Prezident İlham Əliyev tərəfindən ölkədə yeni nəsil islahatlara start verilib, növbəti strateji dövr üçün milli inkişaf prioritetləri müəyyən edilib. Bu islahatlar məzmununa görə məqsədyönlü və konkret strateji hədəflərin reallaşmasına, ölkədə dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşmasına, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin qurulmasına, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanının yaradılmasına yönəlib. Xüsusilə vurğulanıb ki, ölkədə islahatların uğurla həyata keçirilməsində beynəlxalq təşkilatlarla əməkdaşlıq daima mühüm rol oynayıb.

Diqqətə çatdırılıb ki, pandemiyanın bütün ölkələrə olduğu kimi Azərbaycan iqtisadiyyatına da mənfi təsirlərinə baxmayaraq ölkədə makroiqtisadi sabitlik qorunub, maliyyə-bank sektorunun dayanıqlığı təmin olunub, artıq ötən ildə ölkə iqtisadiyyatının bütün sahələrində effektiv bərpa əldə edilib. Bildirilib ki, ölkəmiz Vətən müharibəsində möhtəşəm Zəfər çalaraq otuz ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdikdən sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yenidən qurulmasına, xüsusi strategiyaya uyğun olaraq işğaldan azad olunmuş torpaqlarımızın abadlaşması, orada həyatın yenidən canlandırılması yolunda böyük quruculuq işlərinə başlanıb və bu işlərdə maliyyə-bank sektoru da fəallıq göstərir.

Nümayəndə heyəti tərəfindən qeyd olunub ki, Azərbaycanın əlverişli investisiya mühiti Fransa biznes subyektləri üçün də imkanlar açır və bu xüsusda postpandemiya mərhələsində ölkənin qeyri-neft sektorunun şaxələndirilməsi, xüsusən də işğaldan azad edilmiş ərazilərin yenidən qurulması prioritetləri ilə tanışlıq mühüm məsələlər kimi diqqəti çəkir. Vurğulanıb ki, qurum 1989-cu ildə Fransa Biznes Konfederasiyası olan MEDEF tərəfindən yaradılmış qeyri-kommersiya özəl təşkilatıdır və hazırda Fransanın ən böyük biznes federasiyasıdır. Təşkilat fransız şirkətlərinin nou-haularını kollektiv fəaliyyət vasitəsilə xaricdə təşviq etmək məqsədi daşıyır, xüsusilə də inkişaf etməkdə olan bazarlarda ticarət, texnologiya əməkdaşlığı və investisiya, uzunmüddətli tərəfdaşlığı dəstəkləyir.

Görüşdə pul siyasətinin əsas istiqamətləri, inflyasiya prosesləri ilə mübarizə tədbirləri, həmçinin bank-sığorta fəaliyyətində iştirak məsələləri müzakirə olunub və qarşıdakı dövrdə də qeyd olunan məsələlər ətrafında müzakirələrin davam etdirilməsinin zəruriliyi vurğulanıb.

Vergiİtirilmiş istifadəçi kodu, parol və şifrənin bərpası hansı qaydada mümkündür? VergiYaşayış binalarındakı mənzillər vergitutma obyekti sayılırmı? İqtisadiyyatEldəniz Əmirov: “Dövlət zəmanəti ilə verilən kreditlər daha etibarlıdır” VergiFaizsiz borclar hansı formada vergiyə cəlb olunur? VergiHansı halda əyləncə və yemək xərcləri gəlirdən çıxıla bilər? İqtisadiyyatXalid Kərimli: “Daxildə emal prosedurunun tətbiqində məqsəd ixracın stimullaşdırılmasıdır” İqtisadiyyatPərviz Heydərov: “Daxildə emal proseduru ixracın xüsusi çəkisinin artmasına səbəb olacaq” İqtisadiyyatEyyub Kərimli: “Rəqabət Məcəlləsi iqtisadiyyat üçün yeni imkanlar yaradacaq” VergiQeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 898 minə çatıb VergiAktiv ƏDV ödəyicilərinin sayı 14,4 faiz artıb