18 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan Hindistana yun ixrac edəcək

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Azexport.az" portalının təşkilatçılığı ilə Hindistanın iri yun idxalçılarından olan "NaT IN" şirkətinin direktorunun başçılıq etdiyi nümayəndə heyəti Bakıya gəlib. Səfər çərçivəsində qonaqların Azərbaycanın qabaqcıl yun emalçılarından olan "Fərhad -91" MMC və "Drujba" MMC şirkətlərinin direktorları ilə görüşü təşkil olunub. Müzakirələrin yekunu olaraq tərəflər hər iki şirkətin iştirakı ilə Azərbaycandan il ərzində texniki göstəriciləri 25-29 və 29-34 mikron olmaqla, ümumilikdə beş min ton qoyun yununun Hindistana ixrac edilməsi barədə ilkin razılığa gəliblər.

Qeyd edək ki, "NaT IN" şirkəti 35 ildən artıq müddət ərzində Yeni Zelandiya, Suriya, Yunanıstan İspaniya, İtaliya, Misir və Çin daxil olmaqla, dünyanın bir sıra ölkəsindən Hindistana yun idxalı ilə məşğuldur. "Azexport" portalının meneceri Ayxan Qədəşov bildirib ki, dünyanın qabaqcıl şirkətlərindən olan "NaT IN" ilə əməkdaşlıq Azərbaycan yununun, Hindistanla yanaşı, digər ölkələrə də ixracı üçün yeni mərhələnin başlanması kimi qiymətləndirilə bilər.

Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri