26 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Aprelin 4-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50201596S dövlət qeydiyyat nömrəli, 30 milyon manat həcmində, 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən bildirilib ki, hərrac zamanı 4 investor tərəfindən qiymət intervalı 98.9381 AZN (4.6 faiz) və 99.2428 AZN (3.27 faiz) olan 7 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 80 milyon 214 min 300 manat olub. AMB-nin qərarına əsasən notların kəsmə qiyməti və orta ölçülmüş qiyməti 99.2428 AZN (3.27 faiz) olaraq müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30 milyon manat olub. Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20 faizinə qədər artırıla bilər.

Notlar iyunun 27-də ödəniləcək.

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?