9 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Xankəndinin qaz təchizatı yenidən qurulacaq

Xankəndi də daxil olmaqla Qarabağ iqtisadi zonasına aid ərazilər ötən əsrin 80-ci illərində Azərbaycan tərəfindən qazlaşdırılmış və infrastruktur yaradılmışdı. Sonrakı işğal dövründə bu infrastrukturun böyük bir qismi ermənilər tərəfindən dağıdılmışdı.

Bunu “Azəriqaz” İstehsalat Birliyinin (İB) Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov deyib.

“Həmin ərazilər Azərbaycanın suveren ərazisidir, əzəli, tarixi torpaqlarıdır. Həmin ərazilərdə qaz infrastrukturunda işlər yalnız Azərbaycan tərəfindən görülə bilər. Hazırda Xankəndi şəhərinə gedən qaz xətti üzərində “Azəriqaz” tərəfindən müəyyən təmir işləri aparılmışdı. Hazırda şəhər təbii qazla təmin olunur. Növbəti mərhələlərdə nəzərdə tutulub ki, bütün o ərazilərdə qaz infrastrukturu Azərbaycan dövləti tərəfindən daha ideal formada, müasir tələblərə cavab verərək və tam şəkildə yenidən qurulsun. O cümlədən Xankəndi şəhərinin qaz təchizatı sisteminin də yenidən qurulması nəzərdə tutulur. Həmin ərazilərdə qurulacaq infrastrukturdan Azərbaycan vətəndaşları normal şəkildə yararlana biləcəklər”, - deyə şöbə rəisi qeyd edib.

VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır?