Birjalarda neft qiymətləri
Dünya birjalarında neft qiymətləri azalıb.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 5,20 dollar ucuzlaşaraq 108,25 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 5,79 dollar azalaraq 102,03 dollar olub.