17 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanla Türkiyə arasında əməkdaşlıq genişləndirilir

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) nümayəndə heyəti Türkiyədə səfərdə olub. Səfər zamanı AZSTAND–ın əməkdaşları Türk Standartları İnstitutu (TSE), Türk Akkreditasiya (TÜRKAK) və Halal Akkreditasiyada (HAK) görüşlər keçirib, keyfiyyət infrastrukturu sahəsində Türkiyə təcrübəsi ilə yaxından tanış olublar.

Keçirilən görüşlərdə AZSTAND-ın potensialının təkmilləşdirilməsi, beynəlxalq akkreditasiya standartlarına uyğunlaşdırılma, akkreditasiya sahələrinin genişləndirilməsi üzrə əməkdaşlıq, həmçinin Azərbaycanın İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunda (SMİİC) üzvlüyünün aktivləşdirilməsi və digər məsələlər müzakirə edilib. Bundan başqa, Türk Standartları İnstitutunda ISO/İEC 17065:2012 “Uyğunluğun qiymətləndirilməsi. Məhsulların, proseslərin və xidmətlərin sertifikatlaşdırılmasını aparan orqanlara dair tələblər” beynəlxalq standartı üzrə onlayn seminarda iştirak edən AZSTAND əməkdaşlarına sertifikatlar təqdim edilib.

Qeyd edək ki, Azərbaycanla Türkiyə arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının VIII iclasının protokoluna uyğun olaraq, Türk Standartları İnstitutu ilə AZSTAND arasında ikitərəfli əməkdaşlığı inkişaf etdirmək məqsədilə 2022-2023-cü illər üzrə Fəaliyyət Planı təsdiq edilib. Əldə olunan razılaşmaya əsasən, AZSTAND-ın beynəlxalq təşkilatlarda təmsilçiliyinin genişləndirilməsi, müvafiq standartlar üzrə beynəlxalq akkreditasiyadan keçməsi, qurumun strateji inkişaf planının hazırlanması, mütəxəssislərin təlim proqramlarında iştirakı, beynəlxalq standartlar əsasında sertifikatlaşmanın həyata keçirilməsi və digər istiqamətlər üzrə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi nəzərdə tutulub.

Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri