13 Oktyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bu ilin ötən dövründə verilmiş kreditlərin 99 faizdən çoxu regionların payına düşür

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu sahibkarların güzəştli qaydada maliyyələşdirilməsini davam etdirir.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, bu ilin ötən dövründə Fond tərəfindən sahibkarlıq subyektlərinin 153 investisiya layihəsinin maliyyələşdirilməsinə 8,6 milyon manat güzəştli kredit ayrılıb. Bu kreditlər 200-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Cari ilin ötən dövrü ərzində iqtisadiyyatın sahələri üzrə verilmiş kreditlərin təsnifatında istehsal, emal və xidmət sahələri xüsusi yer tutub. Güzəştli kreditlərin layihə sayı üzrə 92,8 faizi kənd təsərrüfatı məhsullarının istehsalı, 5,9 faizi sənaye məhsullarının istehsalı və emalı, 1,3 faizi isə xidmət sahələrinin inkişafının payına düşüb. Kreditlərin məbləğ üzrə 36,1 faizi kənd təsərrüfatı məhsullarının istehsalı, 15 faizi sənaye məhsullarının istehsalı və emalı, 48,9 faizi isə xidmət sahələrinin inkişafına yönəldilib.

Bu ilin ötən dövründə verilmiş güzəştli kreditlərdə regionların payı ötən ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə artıb. Belə ki, kreditlərin layihə sayı üzrə 0,7 faizi Bakı şəhəri, 99,3 faizi isə digər regionların payına düşüb. Məbləğ üzrə kreditlərin 0,3 faizi Bakı şəhərində, 99,7 faizi digər regionlarda fəaliyyət göstərən sahibkarlara verilib.

Qeyd edək ki, 2022-ci ildə güzəştli kreditlərin verilməsində aqrar sektorda istehsal və emal, qeyri-neft sənayesi sahələrinin inkişafı, turizm, tikinti, qədim xalq sənətinin müxtəlif istiqamətlər üzrə inkişafı, startaplar, rəqəmsal iqtisadiyyat, bərpa olunan enerji və sair sahələrin inkişafına xidmət edən layihələrin dəstəklənməsi prioritet istiqamətlər kimi müəyyən olunub. Bundan əlavə, bu ildən etibarən Fond tərəfindən layihələrin qiymətləndirilməsi zamanı üstünlük veriləcək meyarlar da müəyyənləşdirilib. Bu meyarlara əsasən, mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi, işğaldan azad olunmuş ərazilərdə sosial-iqtisadi inkişafa xidmət edən, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri, ətraf mühit, sosial və korporativ idarəetmə faktorlarına əsaslanan, idxaləvəzləyici və ixrac yönümlü istehsal və emala yönələn və sair biznes layihələrinin maliyyələşdirilməsinə xüsusi diqqət yetiriləcək.

VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiRezident şirkətin beynəlxalq daşımalara görə qeyri-rezidentə ödədiyi məbləğlərdən vergi tutulması VergiƏlilliyi olan şəxsə qulluq edən ailə üzvlərinin vergi güzəştləri VergiHüquqi şəxslər “Mənfəət vergisinin bəyannaməsi"ni rüblər üzrə təqdim edə bilərlərmi? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? VergiVÖEN-in ləğv edilməsi üçün nə tələb olunur? VergiMüəssisədə rəhbər dəyişikliyi necə rəsmiləşdirilir? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiQeyri-rezidentə ödənilən avans geri qayıtdıqda hesablanan ƏDV-ni qaytarmaq mümkündürmü? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir?