19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında subartezian quyusu istifadəyə verilib

Qarabağın dirçəldilməsi prioritetinə uyğun olaraq, yaradılan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təşkili işləri mərhələli şəkildə davam etdirilir.

Hazırda Parkın ərazisində mobil şəhərciyinin yaradılması istiqamətində tədbirlər görülür və hazırda konteynerlər yerləşəcək ərazidə dəmir-beton işləri görülür. Bu işlərin davamı olaraq, Sənaye Parkının ərazisində tikinti aparılacaq sahənin və mobil tipli şəhərciyin su ilə təmin edilməsi məqsədilə 65 kubmetr/saat gücə malik 120 metr dərinliyində subartezian quyusu istifadəyə verilib.

Qeyd edək ki, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkına sahibkarlar tərəfindən böyük maraq göstərilir. Sənaye Parkının rezidenti olmaq üçün İqtisadi Zonaların İnkişafı Agentliyinə logistika mərkəzinin təşkili, TIR parkı və daşıma xidmətinin qurulması, texniki xidmət mərkəzinin yaradılması, tikinti materiallarının, sintetik yuyucu və təmizləyici məhsulların istehsalı və s. sahələr üzrə 10-dan çox layihə təqdim edilib.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?