25 Sentyabr 2023

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İşğaldan azad olunmuş ərazilərimizin bərpası və yenidənqurulması ilə bağlı əməkdaşlıq müzakirə edilib

İqtisadiyyat Nazirliyində BMT-nin Məskunlaşma Proqramının (UN Habitat) icraçı direktoru xanım Maimunah Mohd Şəriflə görüş keçirilib.

İqtisadiyyat nazirinin müavinləri Sevinc Həsənova və Sahib Məmmədovun, həmçinin Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə ölkəmizin BMT-nin qurumları ilə səmərəli əməkdaşlığı vurğulanıb, 2030-cu ilədək Azərbaycanın Milli İnkişaf Prioritetləri barədə məlumat verilib, strateji məqsədlərin DİM-lərlə sıx uzlaşdığı və bunun əməkdaşlığın inkişafına töhfə verdiyi qeyd edilib. Bildirilib ki, 2021-ci il üzrə DİM-lərin nailiyyət indeksində Azərbaycan 165 ölkə arasında 55-ci yerdə qərarlaşıb. Azərbaycan regionda BMT-nin “Dünyamızın transformasiyası: dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrası ilə bağlı görülmüş işlərin yekunu barədə BMT-yə artıq 3-cü Könüllü Milli Hesabatını təqdim edən ilk ölkədir. Diqqətə çatdırılıb ki, Azərbaycan ərazilərini işğaldan azad edib və işğal nəticəsində ciddi dağıntıya məruz qalmış ərazilərimizin bərpası və məcburi köçkünlərin öz evlərinə təhlükəsiz qayıdışı üçün şərait yaranıb. Bu ərazilərin yenidənqurulması ilə bağlı görülən işlər barədə ətraflı məlumat verilərək, inventarlaşma, təbii ehtiyatların iqtisadi dövriyyəyə cəlb olunması, biznes mühitinin təşviqi, sənaye zonalarının yaradılması, şəhərsalma və planlaşdırma işləri vurğulanıb, prosesdə UN Habitatın təcrübəsindən istifadə imkanları qeyd edilib.

BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru xanım Maimunah Mohd Şərif Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, Proqram çərçivəsində müxtəlif ölkələrdə görülən işlər barədə danışıb. Xanım Maimunah Mohd Şərif Azərbaycanda inklüziv, təhlükəsiz, dayanıqlı şəhər inkişafının təşviqi, habelə UN-Habitatla əlaqələrin möhkəmləndirilməsi barədə fikirlərini bölüşüb.

Tərəflər “2030 Dayanıqlı İnkişaf Gündəliyi”ndən irəli gələn DİM-lərin milli səviyyədə tətbiqinin genişləndirilməsi, işğaldan azad olunmuş ərazilərimizin bərpası və yenidən qurulması, UN Habitatın Yeni Şəhər Gündəliyi barədə müzakirə aparıblar.

Vergi20 Yanvar şəhidinin ailə üzvlərinin hansı vergi güzəşti mövcuddur? Vergiİdxalı əvəz edən mal istehsalçıları hansı vergilərdən azaddır? MüsahibələrMahmud Ul-Həssan Xan: “Pakistan şirkətlərinin Azərbaycan iqtisadiyyatına sərmayə qoymaq üçün böyük imkanları var” MÜSAHİBƏ İqtisadiyyatSinqapurun “Trafigura Pte Ltd” şirkəti ilə anlaşma memorandumları imzalanıb VergiXaricdən əldə edilən gəlirlər üzrə kameral vergi yoxlamasının müddəti nə qədərdir? İqtisadiyyatSahibkar Vüqar Məmmədov: “Ölkədə sahibkarlıqla məşğul olmaq üçün hər cür şərait yaradılıb” İqtisadiyyatİqtisadiyyat nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib VergiHansı hallarda ali təhsil alan tələbələrin valideynlərinə vergi güzəşti tətbiq olunur? VergiTibbi xidmətlərə görə nağd ödənişlərin qəbul edilməsi hansı maliyyə sanksiyasına səbəb olur? Ekspert RəyiVergi ödəyicisinə arayışın təqdim edilməməsinə görə maliyyə sanksiyasının tətbiq edilməsi