17 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Növbəti hərracda 12 nəqliyyat vasitəsi özəlləşdirilib

Dövlət əmlakı üzrə geniş seçim və rahat özəlləşdirmə imkanı hərraclarda iştirakçı fəallığını artırır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin martın 3-də keçirilən növbəti hərracında da alıcı aktivliyi müşahidə olunub. Hərracda 12 nəqliyyat vasitəsi özəlləşdirilib.

Özəlləşdirilən nəqliyyat vasitələrinə 13-ü elektron olmaqla, ümumilikdə 72 sifariş verilib. Sifarişlərin çox olması isə hərracı rəqabətli edib. Buraxılış tarixi 2003-cü il olan “UAZ” markalı nəqliyyat vasitəsinin ilkin satış qiyməti 1.500 manat olmasına baxmayaraq, avtomobilin son qiyməti 5.850 manata yüksəlib.

Həmçinin, ilkin start qiyməti 4.000 manat olan “VAZ-21214” markalı avtomobil üçün təkliflər səsləndirilib, sonda həmin nəqliyyat vasitəsi 6.000 manata özəlləşdirilib.

Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://bit.ly/3C9vYl2)

Məlumat üçün bildiririk ki, cari ay üzrə növbəti hərraclar 9, 15, 17, 29 və 31 mart tarixlərində keçiriləcək.

Hər kəs Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.

Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.

Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri