31 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Vətəndaşlar evdən çıxmadan DOST xidmətlərindən istifadə edə biləcəklər

Vətəndaşlar evdən çıxmadan DOST xidmətlərindən istifadə edə biləcəklər

DOST Agentliyi tərəfindən vətəndaşlara səyyar xidmətlərin göstərilməsinə başlanılıb.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən verilən məlumata görə, bu gündən etibarən vətəndaşlar səyyar xidmətlərdən yararlana biləcəklər. Onlar DOST mərkəzlərinə getmədən əvvəlcədən sifariş verməklə səyyar DOST xidmətlərindən istifadə edəcəklər.

Səyyar DOST xidmətlərinin göstərilməsinə dair sifariş vermək istəyənlər DOST Agentliyinin rəsmi internet saytında yaradılmış "Səyyar DOST" sifarişi (http://dost.gov.az/seyyar-dost.php) funksiyasından istifadə edə və ya Çağrı Mərkəzi - 142 ilə əlaqə saxlayaraq müraciət edə bilərlər.

Səyyar DOST xidmətləri ilkin mərhələdə Bakı şəhərini və Abşeron rayonunu əhatə edəcək. DOST İnkişaf strategiyasına uyğun olaraq, gələcəkdə DOST mərkəzləri istifadəyə veriləcək regionlarda da səyyar xidmətlərin təşkil olunması nəzərdə tutulur.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?