28 Sentyabr 2023

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İranda İqtisadi Əməkdaşlıq Təşkilatının toplantısı keçiriləcək

Martın 4-5-də İranın Bəndər-Abbas liman şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) toplantısı keçiriləcək.

Tədbirdə Azərbaycanı İrandakı səfirimiz və yanındakı daimi nümayəndə Əli Əlizadə təmsil edəcək. İƏT yanındakı daimi nümayəndələrin iştirakı ilə keçiriləcək toplantıda iqtisadi əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, nəqliyyat, tranzit, ticarət imkanları müzakirə ediləcək. Daimi nümayəndələr körfəz sahilindəki Bəndər-Abbas və Şəhid Rəcayi limanlarının iş prinsipi və yükaşırma imkanları ilə tanış olacaqlar. Bununla yanaşı, daimi nümayəndələrin Hörmüzgan vilayətinin rəhbəri, vilayətin ticarət və sənaye palatasının üzvlər ilə də görüşləri nəzərdə tutulub.

Qeyd edək ki, İƏT 1984-cü ildə Türkiyənin İzmir şəhərində Türkiyə, İran və Pakistan tərəfindən iqtisadi əlaqələrin inkişaf etdirilməsi və əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə yaradılıb. Sovet İttifaqı dağıldıqdan sonra - 1992-ci ildə Azərbaycan, Tacikistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Əfqanıstan da bu təşkilata üzv olaraq iqtisadi əlaqələrini genişləndirməyə çalışırlar.

İƏT-in mənzil qərargahı Tehran şəhərində yerləşir.

İqtisadiyyatAYİB Azərbaycanda iqtisadi artım proqnozlaşdırır SosialMəcburi işburaxma dövrü üçün əməkhaqqı məbləğinin hesablanması VergiTexnologiyalar parkının rezidentinin əməkdaşlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİctimai iaşə xidməti göstərən müəssisədə ƏDV-nin geri qaytarılması necə aparılır? İqtisadiyyatYenilənmiş 5 qəpiklik metal pul nişanı tədavülə buraxılıb Vergi20 Yanvar şəhidinin ailə üzvlərinin hansı vergi güzəşti mövcuddur? Vergiİdxalı əvəz edən mal istehsalçıları hansı vergilərdən azaddır? MüsahibələrMahmud Ul-Həssan Xan: “Pakistan şirkətlərinin Azərbaycan iqtisadiyyatına sərmayə qoymaq üçün böyük imkanları var” MÜSAHİBƏ İqtisadiyyatSinqapurun “Trafigura Pte Ltd” şirkəti ilə anlaşma memorandumları imzalanıb VergiXaricdən əldə edilən gəlirlər üzrə kameral vergi yoxlamasının müddəti nə qədərdir?