9 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
2021-ci ildə dövlət büdcəsinə vergi daxilolmaları üzrə 8.5 mlrd. manat vəsait daxil olub

2021-ci ildə dövlət büdcəsinə vergi daxilolmaları üzrə 8.5 mlrd. manat vəsait daxil olub

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərlinin sözlərinə görə, daxilolmaların həcmi proqnoza nisbətən 17,6 faiz, əvvəlki illə müqayisədə 15,5 faiz çox olub. Cəmi vergi daxilolmalarının cəmi büdcə gəlirlərində payı 2021-ci ildə 32,3 faiz təşkil edib. Bu göstərici 2020-ci ilin müvafiq göstəricisindən (29,9 faiz) 2,4 faiz çoxdur.

O.Nəzərli deyib ki, fiskal öhdəliklər üzrə müsbət trendin əldə edilməsi enerji bazarlarında yaranmış qiymət dinamikasının təsirləri ilə deyil, daha çox pandemiya sonrası iqtisadi bərpanın başlanması və istehlak tələbinin yüksəlməsi hesabına baş verib: “Sosial təcrid tədbirlərinin yumşaldılması, stimullaşdırıcı makroiqtisadi siyasətin davam etdirilməsi, özəl investisiyaların artımının tədricən sürətlənməsi, iqtisadiyyatın əksər sektorlarında müşahidə olunan artım prosesi, xüsusilə qeyri-neft sektorunda ÜDM-in 7 faizi aşan artım tempi bu sektorun fiskal göstəricilərində öz əksini tapıb”.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?