“Brent” markalı neftin bir bareli 101 dolları ötüb
Dünyada baş verən hadisələr fonunda birjalarda neft qiymətləri bahalaşmaqda davam edir.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 4,57 dollar artaraq 101,41 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 4,31 dollar bahalaşaraq 96,41 dollar olub.