10 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Avropa İttifaqı və Dünya Bankı Azərbaycanda islahatların dəstəklənməsi proqramı üzrə razılığa gəlib

Fevralın 16-da Avropa İttifaqı (Aİ) və Dünya Bankı (DB) Azərbaycan üçün Çevik Texniki Yardım Aləti (AZTAF) üzrə İnzibati Sazişi imzalayıblar.

Ümumi büdcəsi 5,25 milyon avro təşkil edən bu üçillik proqram Aİ tərəfindən maliyyələşdirilir və DB tərəfindən idarə olunur. Proqramın məqsədi Azərbaycan Hökumətinə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərə” uyğun olaraq, məsləhət və analitik dəstəyi və potensialın gücləndirilməsini təmin etməkdən ibarətdir. Bu dəstək sosial inklüzivliyi və bağlantıları gücləndirməyə, iqtisadi islahatlara təkan verməyə, dövlət sektorunun idarəçiliyini möhkəmləndirməyə və COVID-19-un təsirlərinin səmərəli şəkildə aradan qaldırılmasına kömək edəcək. Saziş Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl və Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko tərəfindən imzalanıb. İmzalanma mərasiminə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev qatılıb.

“Aİ və Dünya Bankının bu aləti Azərbaycan hökumətinin sosial-iqtisadi inkişaf gündəliyinə sürətli və əhəmiyyətli dəstəyi təmin edəcək. O, xüsusilə COVID-19-un uzun müddətli sosial-iqtisadi təsirlərinin yumşaldılmasına kömək etməklə Azərbaycan xalqına, o cümlədən ən həssas əhali qruplarına fayda verəcək”, - deyə Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko deyib.

Qeyd edib ki, bu təşəbbüs Aİ və Azərbaycan arasında möhkəm tərəfdaşlığın növbəti nümayişidir: “Biz iddialı AZTAF proqramını icra etmək məqsədilə Azərbaycan Hökuməti və Avropa İttifaqı ilə tərəfdaşlıqdan çox məmnunuq. İnanırıq ki, o, Azərbaycan iqtisadiyyatının və institutların müasirləşdirilməsinə, xidmətlərin göstərilməsinə, insan kapitalının inkişafına, hər kəs üçün yaşıl gələcəyin qurulmasına yardım edən əsas hökumət proqramlarını və islahatlarını dəstəkləyəcək”, – deyə Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl diqqətə çatdırıb.

O bildirib ki, AZTAF proqramı Hökumətin təxirəsalınmaz prioritetlərinə cavab verən konkret fəaliyyətləri əhatə edir. Bu fəaliyyətlər hökumətin dövlət müəssisələrinin idarəçiliyi, dövlət satınalmaları, su ehtiyatlarının idarə edilməsi, “ağıllı kəndlər”, rəqəmsal inkişaf, enerji səmərəliliyi, qadınların sahibkarlıq fəaliyyəti, əlillik və inklüzivlik kimi geniş spektrli prioritetlərini dəstəkləyəcək.

VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı? VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?