12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qarabağda aparılan yenidənqurma işləri Azərbaycan iqtisadiyyatının artım tempini daha da sürətləndirəcək

İşğaldan azad edilən rayonlarımızda bərpa, yenidənqurma işlərinin aparılması və iqtisadiyyatın formalaşması Azərbaycanda iqtisadi artım tempini daha da sürətləndirəcək.

Bu barədə deputat Vüqar Bayramov deyib.

O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonunda səfərdə olarkən dövlətimizin başçısı tərəfindən “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin və yarımstansiyaların açılışı ilə yanaşı şəhərdə yeni təməlqoymalar həyata keçirilib. Ağdamın təsdiq olunmuş Baş planına uyğun olaraq şəhərin mərhələli şəkildə tikintisi davam etdirilir. Baş plan və aparılan işlər göstərir ki, Ağdam bərpadan sonra regionun sənaye mərkəzinə çevriləcək. İşğaldan əvvəl rayonda istehsal edilən məhsullar keçmiş SSRİ-də xüsusilə seçilib. Məsələn, şərab məhsulları keçmiş SSRİ-də müqayisəli üstünlüyə malik idi. Ağdamda yeni yaradılacaq sənaye parkında 110 milyon manatlıq sərmayə qoyuluşu nəzərdə tutulub ki, bu, 333 iş yeri və 33 sahibkarın prosesə cəlb olunması deməkdir. Dövlət tərəfindən infrastruktur formalaşdıqdan sonra yalnız sənaye parkında deyil, digər istiqamətlərdə də investisiyaların cəlb edilməsi nəzərdə tutulur.

“Ağdam azsaylı rayonlardandır ki, torpaqlarının 92 faizdən çoxu məhsuldardır. Bu da aqrar sektorun inkişafına geniş imkanlar yaradır. Ağdamda kənd təsərrüfatının və sənayenin, iqtisadiyyatın digər sektorlarının inkişaf potensialı yüksəkdir. Ağdama yerli investisiya ilə yanaşı, xarici investisiyanın da cəlb edilməsi proqnozlaşdırılır. Bu baxımdan yalnız kənd təsərrüfatı məhsulları deyil, sənaye məhsullarının istehsal edilməsi, onların bir qisminin daxilə, bir qisminin xaricə ixracı nəzərdə tutulur. Ağdam, eyni zamanda, böyük turizm potensialına malikdir. Belə ki, rayonun təbiəti və tarixinin turist cəlb etmək baxımından üstünlüyü var. Ağdamda xüsusilə yay turizm imkanları genişdir. Rayonda istehsal olunan məhsulların bir qismi “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə ixrac olunacaq. Bu da rayonun qeyri-neft sektorunda ixraca xüsusi dəstəyindən xəbər verir. İlkin proqnozlara görə, işğaldan azad edilən ərazilərimiz aqrar sektorda əlavə 10 faizə yaxın dəyər yaradacaq. Bu da Azərbaycan iqtisadiyyatının artım tempini daha da sürətləndirəcək”, - deyə V.Bayramov diqqətə çatdırıb.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?