17 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Keçən il toplanan aqrar sığorta haqlarının məbləği 11 milyon 261 min manata çatıb

Azərbaycanda dövlət dəstəyi ilə güzəştli aqrar sığorta mexanizminin tətbiqini həyata keçirən Aqrar Sığorta Fondu 2021-ci ilin nəticələrini açıqlayıb.

Fonddan bildiriblər ki, 2021-ci ildə toplanan sığorta haqlarının məbləği 11 milyon 261 min manata çatıb. Əvvəlki illə müqayisədə aqrar sahədə üzrə toplanan sığorta haqları 429 faiz artıb.

2021-ci ildə Aqrar Sığorta Fondu aqrar sığorta bazarının inkişafının əsas drayverinə çevrilib – Fondun aqrar sığorta üzrə bazar payı 92 faizə yüksəlib.

Bu dövrdə bütün ölkə üzrə 350 min hektara yaxın əkin ərazisi sığortalanıb. Bitkiçilik sığortası üzrə 6 milyon 172 min manat sığorta haqqı yığılıb. Bu, 2020-ci ildə bitkiçilik sığortası üzrə yığılan məbləğlə müqayisədə 674 dəfə artıqdır. Əkinlərə verilən aqrar sığorta təminatının ümumi məbləği 336 milyon manat təşkil edib.

Ən çox sığortalanan əkin sahələri buğda, arpa, pambıq, üzüm və fındıq sahələri olub.

Ötən il Aqrar Sığorta Fondu tərəfindən 18 min 836 baş heyvan sığortalanıb, toplanmış sığorta haqqının məbləği 5 milyon 89 min manat təşkil edib. Bu isə 2020-ci illə müqayisədə 213 faiz çoxdur. Heyvandarlıq sığortası üzrə verilən sığorta təminatının həcmi 59 milyon manata yüksəlib.

Keçən il aqrar sığorta üzrə 152 min manat sığorta ödənişi həyata keçirilib. Ödənişlərin 29 min manatı bitkiçilik, 123 min manatı heyvandarlıq sığortası üzrə edilib.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?