19 Yanvar 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Menecment sahəsində ixtisasartırma kursunda iştirak etmək istəyən  sahibkarların nəzərinə!

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkar və menecerləri “İqtisadi kooperasiya” üzrə beynəlxalq ixtisasartırma kursunda iştirak etməyə dəvət edir. Sahibkar və menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan Birgə Proqramı çərçivəsində keçiriləcək kursda iştirakçılara əyani və onlayn formatda təlimlər keçiriləcək, Almaniyaya səfər çərçivəsində şirkətlərlə təcrübə mübadiləsi aparılacaq və işgüzar əlaqələri genişləndiriləcək.

2022-2023-cü illəri əhatə edən və ingilis dilində təşkil olunacaq ixtisasartırma kursunu uğurla başa vuran iştirakçılara beynəlxalq sertifikat veriləcək. Proqramda iştirak ödənişsizdir.

İxtisasartırma kursunda iştirak etmək istəyən sahibkar və menecerlər müvafiq sənədləri 14 mart 2022-ci il tarixinədək elektron qaydada KOBİA-ya təqdim etməlidir. İxtisasartırma kursunun iştirakçıları proqramın əlaqələndiricisi olan Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) mütəxəssisləri tərəfindən müsabiqə vasitəsilə seçiləcəkdir.

İxtisasartırma kursu, iştirak üçün lazımi sənədlər və namizədlərə dair tələblər barədə ətraflı məlumatı KOBİA-nın www.smb.gov.az saytından əldə etmək olar: https://bit.ly/3JiiLc7

VergiYükdaşıma fəaliyyəti həyata keçirən vergi ödəyicisi e-qaimə verməlidirmi? VergiMülki müqavilə ilə işləyən şəxsə vergi güzəşti tətbiq olunurmu? VergiHansı toyuq əti məhsulu ƏDV-yə cəlb olunur? VergiAlış aktı ilə alınan mallara görə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiKriptovalyuta ticarətindən əldə edilən gəlir vergiyə cəlb olunurmu? VergiToyuq ətinin idxalı zamanı ödənilən ƏDV əvəzləşdirilirmi? VergiMMC kimi fəaliyyət göstərən idman klublarına köçürülən vəsait gəlirdən çıxılırmı? VergiUşaq bağçasına ödənilən yardım məbləği gəlirdən çıxılırmı? VergiSosial şəbəkələrdə reklamlara ödənilən vəsaitdən hansı qaydada vergi tutulur? VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir?