15 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan rəqəmsal və davamlı ticarətin asanlaşdırılması sahəsində yüksək mövqe tutub

Birləşmiş Millətlər Təşkilatının 2021-ci il üçün Rəqəmsal və Davamlı Ticarətin Asanlaşdırılması üzrə Qlobal Hesabatının yekun versiyası dərc olunub. Hesabata əsasən, Azərbaycan qiymətləndirilən meyarlar üzrə 100 faiz üzərindən 86 faiz toplayaraq bu sahədə Cənubi və Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya regionuna liderlik edir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) bildirilib ki, Mərkəzin innovativ layihəsi olan “Rəqəmsal Ticarət Qovşağı”nın rəhbəri Məsumə Talıbova Azərbaycanın nəticələrinin 2015-ci ildən bu günə dinamikasına nəzər yetirdikdə artım tempinin dayanıqlı olduğunun müşahidə edildiyini qeyd edib. Tədqiqatın ilk ilində 48,39 nəticə göstərən ölkəmiz 2 il sonra ötən nəticəyə nisbətdə 56 faiz artımla 75,27-ə yüksəlib, daha sonra isə 2017-ci ildə 9 faiz artımla, 2021-ci ildə isə 5 faiz artımla dayanıqlı artımı qorumağa nail olub. Sorğunun alt indikatorlarına nəzər yetirdikdə şəffaflıq 100 faiz, rəsmi qaydalar 91,67 faiz, institusional tənzimləmə və əməkdaşlıq 88,89 faiz, kağızsız ticarət 85,19 faiz, transsərhəd kağızsız ticarət üzrə isə 66,67 faiz nəticə əldə edilib.

M.Talıbova xüsusilə vurğulayıb ki, 2019-cu illə müqayisədə bu il şəffaflıq indikatoru üzrə 7 faiz irəliləyişlə maksimum nəticəyə, transsərhəd kağızsız ticarət indikatoru üzrə isə 33 faiz artımla çox böyük irəliləyişə nail olunub.

Hesabatda ölkənin cari vəziyyəti ötən illərlə müqayisə olunaraq təsvir edilib və bu irəliləyişlərə səbəb olan islahatlara dair ətraflı məlumatlar öz əksini tapıb. Belə ki, dövlətimizin başçısı tərəfindən bu sahədə aparılan geniş islahatlar nəticəsində “Rəqəmsal Ticarət Qovşağı” portalının yaradılması, “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Prezident İlham Əliyevin Fərmanından irəli gələn tapşırıqların yerinə yetirilməsi, eyni zamanda, Azərbaycanın 2021-ci il fevralın 20-dən qüvvəyə minən “Asiya-Sakit Okeanında Sərhədlərarası Kağız Ticarətin Asanlaşdırılması Çərçivə Sazişi”ni imzalayan ilk dövlətlərdən olması, bu sahədə aparılan digər islahatlar qlobal müstəvidə də ölkənin mövqeyinin yaxşılaşdırılmasına öz müsbət töhfəsini verib.

İİTKM-in digər innovativ layihələri olan “Azexport.az” portalı, “Bir Pəncərə” İxraca Dəstək mərkəzi tərəfindən KOSM-lara göstərilən dəstək ticarət prosedurlarının sadələşdirilməsi, şəffaflıq və kağızsız ticarət üzrə ölkənin mövqeyini yüksəldib və hesabatda bu layihələrin də adı çəkilib.

Hesabatda ölkədə cari vəziyyətin qiymətləndirilməsinin həyata keçirilməsi ilə yanaşı, transsərhəd kağızsız ticarətin yaxşılaşdırılması məqsədilə gələcək üçün tövsiyələr də təqdim olunub. Fevralın 10-da qatqısı olan bütün qurumların və xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans formatında bu tövsiyələrin müzakirəsi və sonda 2022-ci il üçün tədbirlər planının təsdiq edilməsi nəzərdə tutulur.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?