16 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Rezidentlər tərəfindən Pirallahı Sənaye Parkına 37 milyon manata yaxın investisiya yatırılıb

Rezidentlər tərəfindən Pirallahı Sənaye Parkına 37 milyon manata yaxın investisiya yatırılıb

Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Çuniçi Vada və səfirliyin bir qrup əməkdaşı Pirallahı Sənaye Parkı ilə tanış olublar.

İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilib ki, Agentliyin İdarə Heyətinin sədri vəzifəsini icra edən Elşad Nuriyev qonaqlara ölkəmizdə fəaliyyət göstərən sənaye zonaları, burada sahibkarlar üçün yaradılmış əlverişli şərait, rezidentlər üçün tətbiq edilən güzəşt mexanizmləri və göstərilən xidmətlər barədə məlumat verib.

Bildirilib ki, Pirallahı Sənaye Parkı əczaçılıq sənayesinin inkişaf etdirilməsi məqsədilə yaradılıb və hazırda sənaye parkında 4 müəssisə rezident kimi qeydiyyatdan keçib, bunlardan da 2-si fəaliyyət göstərir. Ümumilikdə, rezidentlər tərəfindən Sənaye Parkına 36,7 milyon manat investisiya yatırılıb, 100-dən çox daimi iş yeri yaradılıb.

Azərbaycanla Yaponiya arasında iqtisadi əlaqələrin inkişaf etdiyini qeyd edən səfir Çuniçi Vada ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafının əhəmiyyətini vurğulayıb, yapon iş adamlarının Azərbaycanda yaradılmış sənaye zonalarına sərmayə qoymaqda maraqlı olduqlarını diqqətə çatdırıb.

Səfir Çuniçi Vada və səfirliyin əməkdaşları Pirallahı Sənaye Parkının rezidenti “Diamed Co” MMC-nin Şpris istehsalı zavodu ilə tanış olublar. Zavodda istehsal prosesində Yaponiyadan gətirilən xammaldan istifadə olunduğu qeyd edilib. Səfir Yaponiya şirkətlərinin “Diamed Co” MMC, o cümlədən digər yerli şirkətlər arasında əczaçılıq sahəsində əməkdaşlığın genişləndirilməsi barədə fikirlərini bölüşüb.

VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır?