14 Noyabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yük maşınlarının gömrük keçidinin asanlaşdırılması İran ilə Azərbaycanın ticarət dövriyyəsini artıracaq

Astara gömrük-keçid məntəqəsindən böyük yük maşınlarının keçidinin asanlaşdırılması İran ilə Azərbaycan arasındakı ticarət dövriyyəsinin artmasına səbəb olacaq.

Bu sözləri İranın Astara gömrük-keçid məntəqəsinin rəisi Səid Naderi deyib.

O bildirib ki, Azərbaycan tərəfi ilə aparılan danışıqların nəticəsi olaraq yüklərin asan prosedurla gömrükdən keçirilməsi haqqında razılıq əldə olunub.

Qeyd etmək lazımdır ki, yük maşınları (TIR) yalnız İran ilə Azərbaycan arasında yükdaşıma funksiyasını yerinə yetirmir. İrandan yük daşıyan Rusiya və Ukraynaya məxsus maşınlar da Azərbaycandan tranzit olaraq keçir. Gömrük rəsmiləşdirilməsinin asanlaşdırılması vaxt itkisinin qarşısını almaqla yanaşı, gün ərzində daha çox maşının keçməsinə imkan yaradır. Bu isə qış aylarında İrandan sitrus meyvə və tərəvəz daşıyan iş adamları üçün əlverişlidir.

Nəzərə çatdıraq ki, ötən il İran ilə Azərbaycan arasındakı ticarət dövriyyəsinin həcmində 30 faiz artım müşahidə edilib. Yük maşınlarının asanlaşdırılmış prosedurla gömrükdən buraxılması cari ildə iki ölkə arasındakı ticarət dövriyyəsinin həcmini daha da artıracaq.

VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar? VergiSuvenirlər, aksesuarlar hazırlayan fiziki şəxsin vergi öhdəlikləri VergiRezident ASC qeyri-rezidentin xidmətləri üzrə ödəməli olduğu ƏDV-ni hesablayıb ödəməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan sahibkar 75 faizlik vergi güzəştindən yararlana bilərmi? VergiHansı sahibkarlıq subyektləri xammal və material sərfi normaları barədə vergi orqanına məlumat verməlidir? VergiDaşınmaz əmlakın alğı-satqısı sahəsində fəaliyyəti necə rəsmiləşdirmək olar?