15 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ötən il əmlak idarəçiliyi sahəsində elektron xidmətlərdən istifadə sayı 2 milyondan çox olub

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti əhalinin ictimai xidmətlərdən istifadəsinin sadələşdirilməsi, bu sahədə şəffaflığın təmin olunması, xidmətlərdən real vaxt rejimində yararlanması məqsədilə elektron xidmətlərin sferasını genişləndirir. Ötən il ərzində bu sahədə uğurlu nəticələr əldə edilib.

Xidmət tərəfindən 2021-ci ildə “Daşınmaz əmlakın mövcudluğu barədə arayışın alınması”, “E-Plan və Ölçü sənədinin yoxlanılması”, “Hüquq sahibinin sifarişi əsasında daşınmaz əmlakın qeydiyyatına dair sənədlərin qəbulu və verilməsi ilə bağlı mobil xidmətlərin göstərilməsi” elektron xidmətləri istifadəyə verilib.

Həyata keçirilən tədbirlərin nəticəsidir ki, hazırda 44 elektron xidmət vətəndaşların istifadəsindədir. Bunlardan 41-i interaktiv, 3-ü isə informativ xidmətlərdir. Bu xidmətlər həm “Elektron hökumət” portalı (www.e-gov.az), həm də Xidmətin elektron xidmətlər portalı (www.e-emlak.gov.az) üzərindən təqdim olunur.

Ötən il ərzində Dövlət Xidməti tərəfindən vətəndaşlara, fiziki və hüquqi şəxslərə müxtəlif fəaliyyət istiqamətləri üzrə 2.085.482 elektron xidmət göstərilib. 2020-ci illə müqayisədə elektron xidmətlərdən istifadə sayı 189.075 və ya 9.1 % çox olub.

Elektron həllərin tətbiqi vətəndaşların daha çox istifadə etdiyi xidmətlərə istiqamətlənib. Belə ki, elektron xidmətlərin 29-u daşınmaz əmlakın qeydiyyatı sahəsinə aiddir. Dövlət əmlakının özəlləşdirilməsi üzrə 10, dövlət əmlakının idarə edilməsi və icarəsi üzrə 3, kadastr sahəsi üzrə 2 xidmət elektron formada həyata keçirilir.

Aparılmış təhlillər göstərir ki, istifadəçilərin böyük əksəriyyəti daşınmaz əmlakın qeydiyyatı ilə bağlı elektron xidmətlərə müraciət edir. Belə ki, 2021-ci il ərzində daşınmaz əmlakın qeydiyyatı üzrə elektron xidmətlərdən istifadə sayı 1.491.517 olub. Ən çox istifadə olunan elektron xidmət isə “Elektron çıxarışın yoxlanması”dır. Bu xidmətdən istifadə sayı 1.354.792-dir.

Bundan başqa, əmlak idarəçiliyi sahəsində onlayn xidmətlər də bu sahədə rahatlığı və operativliyi əhəmiyyətli dərəcədə artırıb. Belə ki, vətəndaşlar daşınmaz əmlakın yüklülüyünə dair arayışı (Forma-1) notariuslarda onlayn rejimdə əldə edirlər. Ötən ildə bu imkandan yararlanların sayı 567.124 olub.

Bu dövrdə qurumun digər fəaliyyət sahələri olan dövlət əmlakının özəlləşdirilməsi, idarə edilməsi və icarəsinə dair elektron xidmətlər üzrə 21.866 müraciət qəbul edilib. Qeyd edilən sahələr üzrə elektron xidmətlərin arasında ən çox istifadə edilən xidmət “Daşınmaz əmlak üzrə icarə və digər borcların ödənilməsi”dir. Bunlarla yanaşı, dövlət əmlakının özəlləşdirilməsi hərraclarında iştirak üçün sifarişlərin qəbulu da elektron xidmət vasitəsilə aparılır.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti innovasiyaların tətbiqi, xidmət sferasının genişləndirilməsi, prosedurların optimallaşdırılması və vətəndaş məmnunluğunun artırılması istiqamətində işləri davam etdirir.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?