24 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan ilə Rusiya arasında nəqliyyatın rəqəmsallaşdırılması müzakirə edilib

Azərbaycan ilə Rusiya arasında nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi, həmçinin beynəlxalq yükdaşımaları zamanı yaranan çətinliklərin vaxtında və operativ həlli istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədilə iki ölkə arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının tərkibində Alt komissiya yaradılıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, Alt komissiyanın ilk iclası videokonfrans formatında keçirilib.

İclas ölkəmizin müvafiq qurumlarının səlahiyyətli nümayəndələrinin iştirakı ilə Alt komissiyaya Azərbaycan tərəfindən həmsədr rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun, Rusiya tərəfindən isə həmsədr nəqliyyat nazirinin müavini Dmitri Zverevin rəhbərliyi ilə baş tutub.

İclasda iki ölkə arasında avtomobil, dəniz, dəmir yolu və hava nəqliyyatı, o cümlədən nəqliyyatın rəqəmsallaşdırılması və sərhəd-keçid prosedurlarının asanlaşdırılması məsələləri müzakirə edilib. Həmçinin bu münasibətlərin davamlı uğurlu inkişafı üçün perspektiv imkanları və mövcud çətinliklərin araşdırılması, onların həlli istiqamətində müvafiq tədbirlərin birgə aparılması ilə bağlı razılıq əldə olunub. Bununla yanaşı, ölkələrimizin iştirak etdiyi beynəlxalq nəqliyyat dəhlizlərində birgə əməkdaşlığın yüksək səviyyədə olduğu qeyd olunaraq bu münasibətlərin həm ikitərəfli, həm də çoxtərəfli formatda davam etdirilməsinin vacibliyi vurğulanıb.

Görüşün sonunda Protokol imzalanıb.

VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir?