10 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Made in Azerbaijan” brendi məhsulları “Amazon” və “eBay” platformalarında beynəlxalq alıcılara təqdim olunub

Azərbaycanda istehsal olunan “Made in Azerbaijan” brendi məhsulları “Azexport.az” internet portalı vasitəsilə “Amazon” və “eBay” platformalarında beynəlxalq alıcılara təqdim olunub.

Bu barədə fevralın 2-də “Azexport.az” portalının rəhbəri Ayxan Qədəşov “Made in Azerbaijan” məhsullarının portal vasitəsilə “Amazon” və “eBay”da satışa çıxarılmasına dair mətbuat konfransında deyib.

O bildirib ki, ilkin mərhələdə yerli istehsal olan rəsm, musiqi, ədəbiyyat və sənətkarlıq işləri kimi mədəniyyət sənayesi məhsulları, həmçinin qeyri-qida və qida kateqoriyasından seçilən məhsullar portallara inteqrasiya olunub. “Azexport.az” artıq “Made in Azerbaijan” brendi məhsullarını “Amazon” və “eBay” platformalarında vahid ad altında beynəlxalq alıcılara təqdim edəcək. Bu, platformalarda satış proseslərinə ciddi nəzarət və yüksək keyfiyyət tələblərinin mövcud olması ilə əlaqəlidir. Bundan əvvəl isə “Azexport.az” bu platformalarda hər bir istehsalçı üçün fərdi satıcı hesabının yaradılması xidmətini təqdim edirdi.

Satışların əsasən İsrail, Yaponiya, Çin, Tayvan, Koreya, Honkonq, Sinqapur, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, MDB və Avropa ölkələrinə həyata keçirilməsi nəzərdə tutulub.

Layihə çərçivəsində dövlət təşkilatlarının dəstəyi ilə kiçik və orta biznes subyektləri tərəfindən ərsəyə gətirilən məhsulların da bu portallara inteqrasiyası nəzərdə tutulub. Əməkdaşlıqda maraqlı olan sahibkarlar portala müraciət edə bilərlər: https://azexport.az/

Əlavə edək ki, Prezident İlham Əliyevin tapşırığı əsasında İqtisadi İslahatları Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən yaradılan “Azexport.az” portalı dünyanın 15-dək beynəlxalq elektron ticarət platformasına inteqrasiya olunub. 2016-cı ildən başlayan fəaliyyət müddəti ərzində “Azexport.az” internet portalına dünyanın 145 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 2 milyard 720 milyon ABŞ dolları təşkil edib.

VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı? VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?