19 Fevral 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanın KOB sahəsində təcrübəsinə dair ICSB üzvləri üçün təqdimat keçirilib

Azərbaycanın KOB sahəsində təcrübəsinə dair Kiçik Biznes üzrə Beynəlxalq Şura (ICSB) üzvləri üçün təqdimat keçirilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib ki, ICSB-ya üzv olan təşkilatlar mikro, kiçik və orta sahibkarlıq sahəsində Azərbaycan təcrübəsi barədə məlumatlandırılıb. Bu məqsədlə ICSB tərəfindən təşkil olunmuş onlayn tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov qurumun fəaliyyəti, KOB-lara göstərilən dəstək və xidmətlər barədə məlumat verib. Qeyd olunub ki, KOBİA ICSB ailəsinin üzvüdür və bu üzvlük biznes sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, müvafiq qurumlarla əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətlidir. Azərbaycanın biznes mühiti və investisiya imkanları barədə məlumat əldə etmək istəyən, eləcə də yerli KOB-larla əməkdaşlıqda və birgə layihələrin icrasında maraqlı olan xarici iş adamları da KOBİA-nın xidmətlərindən faydalana bilərlər.

Tədbirdə, həmçinin KOBİA-nın dəstək və xidmətlərinə dair təqdimat keçirilib, ICSB üzvlərinin agentliyin fəaliyyəti barədə sualları cavablandırılıb.

Qeyd edək ki, Kiçik Biznes üzrə Beynəlxalq Şura 1955-ci ildən etibarən fəaliyyət göstərir və sıralarında 90-a yaxın ölkənin müvafiq qurumlarını birləşdirir. ICSB beynəlxalq miqyasda kiçik biznesin böyüməsini və inkişafını dəstəkləyir, biznesin idarə edilməsi və sahibkarlığın inkişafı ilə bağlı yenilikləri təbliğ edir. KOBİA 2021-ci ildən təşkilatın üzvüdür.

VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiVergi ödəyicisi eyni vaxtda bir neçə güzəştdən yararlana bilərmi? Vergiİstifadə olunmayan əsas vəsaitlərə görə əmlak vergisi hesablanmalıdırmı? VergiPOS-terminal quraşdırmaq üçün nə etmək lazımdır? VergiMüəssisə təsərrüfat xərclərinə görə ödənilən ƏDV-ni əvəzləşdirə bilərmi? VergiFərdi sahibkar fiziki şəxsdən götürdüyü mənzilin kirayə haqqından nə qədər vergi ödəməlidir? VergiElektron əmtəə-nəqliyyat qaiməsi kimlər üçün məcburidir? VergiRepetitorluq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinə güzəşt verilirmi? VergiKimlər 75%-lik vergi güzəştindən yararlana bilər?