16 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Əşyaların interneti ilə bağlı tədbir təşkil edilib

Əşyaların interneti ilə bağlı tədbir təşkil edilib

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) rəqəmsal iqtisadiyyat, süni intellekt, maşın öyrənməsi və əşyaların interneti sahəsində maarifləndirməni davam etdirir.

Növbəti belə tədbir onlayn vörkşop formatda təşkil olunub. Keçirilən "IoTuesday" tədbirində Azərbaycanda əşyaların interneti texnologiyalarının tətbiqi üçün əsas faktorlar, IoT texnologiyasının üstünlükləri və tətbiq sahələri barədə müzakirələr aparılıb, izləyicilərin sualları cavablandırılıb.

Qeyd edək ki, 4SİM tərəfindən 2021-ci ilin oktyabr ayından başlayaraq rəqəmsal iqtisadiyyat, süni intellekt, maşın öyrənməsi və əşyaların internetinə həsr olunmuş "IoTuesday" və “frAIday” tədbirləri həyata keçirilir. Məqsəd bu sahədə dövlət qurumlarının, özəl şirkətlərin, elm və təhsil müəssisələrinin, vətəndaş cəmiyyətinin iştirakı ilə süni intellekt və maşın öyrənməsinin inkişafına dair fikir və təcrübə mübadiləsinin aparılmasıdır.

Qeyd edək ki, 4SİM tərəfindən əşyaların interneti mövzusunda ilk vörkşop 2021-ci ilin dekabrında keçirilib.

VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır?