12 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ötən il büdcənin icrasında 993,7 milyon manatlıq kəsir yaranıb

Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən, 2021-ci ildə dövlət büdcəsinin gəlirləri 26 milyard 419,1 milyon manat, xərcləri 27 milyard 412,8 milyon manat təşkil edib, büdcənin icrasında 993,7 milyon manatlıq və ya ümumi daxili məhsulun 1,1 faizi qədər kəsir yaranıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, ötən ilin yanvar-noyabr aylarında dövlət büdcəsinin gəlirləri dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun daxilolmaları da nəzərə alınmaqla 22 milyard 803,5 milyon manat, xərcləri isə 22 milyard 309,5 milyon manat təşkil edib. Daxilolmaların 21,2 faizi əlavə dəyər vergisi, 12,5 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 5,4 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 4,7 faizi fiziki şəxslərin gəlir vergisi, 4,3 faizi aksizlər, 1,2 faizi sadələşdirilmiş vergi, 2 faizi vergilərin digər növləri, 48,7 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib. Büdcə vəsaitlərinin 17,6 faizi təhsil və səhiyyənin, 17,3 faizi müdafiə və milli təhlükəsizlik tədbirlərinin, 16,9 faizi iqtisadi fəaliyyətin, 14,8 faizi ümumi dövlət xidmətlərinin, 13,4 faizi sosial müdafiə və sosial təminatın, 7,7 faizi məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq sahələrində fəaliyyətin, 12,3 faizi isə digər sahələrin maliyyələşdirilməsinə xərclənib.

VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı? VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi