19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi güzəşti verilən fiziki şəxslər üçün şərtlər asanlaşdırılıb

Vergi Məcəlləsinə edilən dəyişikliklər fiziki şəxslərə verilən vergi güzəştləri ilə bağlı müddəaları da əhatə edir. Vergi mütəxəssisi İlqar Əsədov bu dəyişikliyin güzəşt hüququnun alınmasına münasibətin dəyişdiyi qənaətindədir.

Vergi Məcəlləsinin 102.8-ci maddəsinə əsasən, əməkhaqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan tətbiq edilir və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir. Fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır.
Əvvəllər hər hansı statusa uyğun gələn şəxs müvafiq statusunu təsdiq edən sənədləri nə zaman təqdim edərdisə, işəgötürənlər də həmin aydan etibarən onun gəlirlərinə güzəşt tətbiq edirdi və əvvəlki tarixləri nəzərə almırdılar. Bu barədə bəyannamələrdə hər hansı dəqiqləşdirilmə verilmirdi.
Dəyişiklikdən sonra qüvvəyə minmiş yeni yanaşmaya görə, işə cari ilin yanvar ayında başlayan vergi güzəşti hüququ olan şəxs, məsələn, dekabr ayında güzəşt hüququnu təsdiq edən sənədi təqdim etsə, mühasibat onun güzəşt hüququnu əmək müqaviləsinin hüququ qüvvəyə mindiyi tarixdən, yəni yanvar ayından nəzərə almalıdır.
Dəyişiklik real çətinliklərin aradan qaldırılması məqsədi daşıyır. Bir sıra hallarda güzəşt hüququ olan şəxslər, müvafiq arayışları, sənədləri almaqda ciddi çətinliklər çəkirlər.
Dəyişiklik başqa bir problemi də həll edir. İndiyədək güzəşt hüququ sənədlərin təqdim edildiyi andan yaranırdı. Bu isə o deməkdir ki, işçi sənədi mühasibata ayın 17-də təqdim etdiyi halda, həmin ayın ilk 17 gününə güzəşt tətbiq olunmurdu. Bu isə bəyannamələrin təqdim edilməsi baxımından texniki çətinlik yaradırdı.
Bundan başqa, sənədlərin təqdim edildiyi an ifadəsi işi bir qədər də çətinləşdirirdi: bəzən verilmiş arayışın, sənədin tarixi başqa ola bilər, lakin işçi onu müəyyən səbəblərdən iş yerinə bir qədər gec təqdim etmiş ola bilərdi. Yeni dəyişikliklə bu cür hallar aradan qalxmış oldu.
Qeyd edim ki, burada sözügedən sənədlərin siyahısı Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli, 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əməkhaqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”dır.
Başqa bir məqam budur ki, bu maddənin müddəası yanvar 2022-ci il tarixindən əvvəl müvafiq statusu əldə etmiş şəxslərə də şamil edilir: Konstitusiyanın 149-cu maddəsinin VII hissəsinə əsasən, “VII. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir”.
Güzəşt hüququ fiziki şəxsin halını yüngülləşdirdiyindən bu hüquq geriyə qüvvəsi olan hüquq olmalıdır.
VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?