2 Aprel 2023

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Harvard Universiteti Azərbaycan iqtisadiyyatı barədə bloq yayımlayıb

Harvard Universitetinin Beynəxalq İnkişaf Mərkəzinin “Dövlət quruculuğu” proqramı Azərbaycan iqtisadiyyatı barədə bloq paylaşıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirilib ki, “Azərbaycanda iqtisadi şaxələndirmənin tətbiqi” adlanan bloqun müəllifi Harvard Universitetinin Kennedi İdarəçilik Məktəbində “İqtisadi artımın idarə edilməsi” üzrə rəhbər kadrların hazırlanması proqramının məzunu, professor, iqtisad elmləri doktoru Vüsal Qasımlıdır.

Bloqda qeyd olunur ki, son 15 ildə iqtisadiyyatını üç dəfədən çox böyütmüş Azərbaycan qarşıdakı 10 ildə daha iki dəfə böyüməni hədəfləyib. Azərbaycan və Ermənistan arasında atəşkəs razılaşmasından dərhal sonra 30 il ərzində viran edilmiş ərazilərdə postkonflikt quruculuğuna başlayan Azərbaycan 2030-cu ilə qədərki hədəflərini BMT-nin Davamlı inkişaf məqsədləri ilə uzlaşdırır. Azərbaycanın 2014-2019-cu illərdə ən çox birbaşa xarici sərmayə cəlb edən üç ölkədən biri olması qeyd olunmaqla yanaşı, növbəti dövrdə də sərmayə cəlbinin iqtisadi artım üçün vacibliyi bildirilir.

Bloqda, həmçinin Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi üzrə fəaliyyətdə iqtisadi mürəkkəblik indeksi, balanslaşdırılmış portfel, “üç A” yanaşması, problemin hərəkətə gətirdiyi iterasiya olunan metod və Harvard Universitetinin proqramına daxil edilən digər metodoloji yanaşmaların tətbiqinə yer ayrılır.

“Azərbaycanda iqtisadi şaxələndirmənin tətbiqi” adlanan bloqla bu link vasitəsilə tanış olmaq mümkündür: https://buildingstatecapability.com/2022/01/13/exploring-economic-diversification-in-azerbaijan/#more-6235

İqtisadiyyatAzərbaycan-ABŞ “Yaşıl Enerji” Forumu keçiriləcək Ekspert RəyiBeynəlxalq müqavilələrin vergi ilə bağlı müddəalarının tətbiqinə hansı halda məhdudiyyət qoyulur? İqtisadiyyatEldəniz Əmirov: “Manatın məzənnəsi üçün hər hansı təhdid yoxdur” VergiSatışdankənar gəlirlər məcmu gəlirlərə aid edilirmi? İqtisadiyyatİqtisadiyyat nazirinin müavini Tərtərdə vətəndaşları qəbul edəcək SosialXüsusi karantin rejimində bəzi məhdudiyyətlər aradan qaldırılıb Ekspert RəyiTransfer qiymətinin müəyyən edilməsi ilə bağlı yenilik VergiNağd pul hesablaşmaları necə rəsmiləşdirilir? VergiDövlət Vergi Xidməti sayca ikinci “Yay Təcrübə Proqramı”na qəbul elan edir İqtisadiyyatAğdam Sənaye Parkında rezidentlərin sayı 14-ə çatıb