15 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Fiziki şəxslərin gəlir vergisinə hansı hallarda güzəşt tətbiq edilir?

Vergi Məcəlləsinə edilmiş stimullaşdırıcı əlavə və dəyişikliklərdən biri də 102.8-ci maddəyə edilib. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Vergi Məcəlləsinin 102.2-ci maddəsi fiziki şəxslərin əməkhaqqından tutulan vergilərə bir sıra azadolmalar və güzəştlər nəzərdə tutur. Dəyişikliyə qədər bu güzəştlər o zaman nəzərə alınırdı ki, güzəşt əldə edən şəxs bu güzəşti əldə etməyə əsas verən təsdiqedici sənədləri təqdim etmiş olsun. Əgər hansısa səbəbdən güzəşt hüququna malik şəxs bu sənədi iş yerinə vaxtında təqdim edə bilmirdisə, işçi bu dövr ərzində güzəştdən məhrum olurdu və həmin şəxsdən vergi tutulurdu. Vergi Məcəlləsinə edilən son əlavə və dəyişikliyə əsasən, əgər işçi bu güzəşt hüququnu təsdiq edən sənədləri müəssisəyə sonradan təqdim edərsə belə, güzəşt sənədlərin təqdim edildiyi vaxtdan deyil, əmək müqaviləsi qüvvəyə mindiyi vaxtdan hesablanır.

Misal: Tutaq ki, 2-ci Qarabağ müharibəsində iştirak etmiş və qanunvericiliyə əsasən müharibə veteranı statusu almış şəxs 1 fevral 2022-ci ildən 1.000 manat aylıq tarif maaşı ilə dövlət müəssisəsində əmək fəaliyyətinə başlayır. Lakin həmin işçi müharibə veteranı vəsiqəsini müəssisəyə 1 may 2022-ci ildə təqdim edir. O zaman fevral, mart, aprel ayları üçün işçiyə əməkhaqqı hesablanarkən işçidən ödəmə mənbəyində 30 manat məcburi dövlət sosial sığorta haqqı, 112 manat gəlir vergisi tutulmaqla işçiyə hər ay 858 manat ödəniş ediləcək.

1000-30 -112 = 858 manat.

Əgər işçi güzəşt hüququnu təsdiq edən sənədi işə başladığı ayda təqdim etsəydi, Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən gəlirinin 400 manat hissəsinə də güzəşt həmin aylarda tətbiq edilər və işçinin gəlirindən tutulan vergi 56 manat az olardı. Lakin baxdığımız misalda işçi bu sənədi müəssisəyə may ayında təqdim edib. Bu zaman əvvəlki 3 ay üçün işçidən tutulmuş 168 manat (56 x 3 = 168) manat may ayının əməkhaqqı hesablanarkən və işçiyə ödənilərkən nəzərə alınacaqdır.

Burada mütləq diqqət ediləsi məqam ondan ibarətdir ki, bu maddə 1 yanvar 2022-ci ildən sonrakı ayların əməkhaqqı hesablanarkən tətbiq ediləcək.

Məsələn, tutaq ki, müharibə veteranı 1 iyul 2021-ci ildə dövlət müəssisəsində 1.000 manat aylıq tarif maaşı ilə işə başlayıb. Lakin işçi güzəşt hüququnu təsdiq edən sənədi müəssisəyə 1 mart 2022-ci ildə təqdim edir. Bu zaman Vergi Məcəlləsinin 102.2.7-ci maddəsi ilə müəyyən olunmuş güzəşt əmək müqaviləsinin hüquqi qüvvəyə mindiyi 1 iyul 2021-ci ildən deyil, bu Qanun qüvvəyə mindiyi 1 yanvar 2022-ci ildən sonrakı aylara görə hesablanan əməkhaqqında nəzərə alınacaqdır.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?