10 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Növbəti il üçün minimum əməkhaqqı alan işçinin sosial ödənişləri

Növbəti il üçün minimum əməkhaqqı alan işçinin sosial ödənişləri

Prezident İlham Əliyevin imzaladığı sərəncamla 2022-ci il yanvarın 1-dən minimum aylıq əməkhaqqının məbləği artırılaraq 300 manata çatdırılıb.

Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin maaşlarının minimum məbləğləri bu sərəncama uyğunlaşdırılacaq. Minimum əməkhaqqının artımı vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə artımlara imkan verəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, minimum əməkhaqqı və VTC üzrə işləyənlərin əməkhaqqının artımı 800 min nəfərə şamil olunacaq. Dövlət sektoru üzrə 400 min, özəl sektor üzrə 400 min işçinin mövcud əməkhaqları yanvar ayından artacaq.

Mühasib İlkin Lələyev 2022-ci il yanvarın 1-dən minimum əməkhaqqı ilə işləyən işçiyə münasibətdə qeyri-büdcə və qeyri-neft sektoru üzrə əməkhaqqından tutulmaları və əlavə ödənişləri hesablayıb. Həmin bu sahədə tutulmalar aşağıdakı qaydada olacaq:

Məcburi dövlət sosial sığorta haqqı üzrə:

İşçidən tutulan:

300 - 200 = 100 manat

200 x 3% + 100 x10%=16 manat

İşəgötürən tərəfindən ödənilən:

200 x 22% + 100 x 15% = 59 manat.

İşsizlikdən sığorta haqqı:

İşçidən tutulan:

300 x 0,5% = 1,5 manat.

İşəgötürən tərəfindən ödənilən:

300 x 0,5% = 1,5 manat.

İcbari tibbi sığorta haqqı:

İşçidən tutulan:

300 x 2% = 6 manat.

İşəgötürən tərəfindən ödənilən:

300 x 2% = 6 manat.

Cəmi işçidən tutulma:

16 + 1,5 + 6 = 23,5 manat.

Cəmi işəgötürən tərəfindən ödənilən:

59 + 1,5 + 6 = 66,5 manat.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?