19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İri ticarət və xidmət sahələrinin nümayəndələri ilə istehlakçı müraciətləri müzakirə edilib

İstehlakçı hüquqlarının qorunmasında sistemli yanaşmanı tətbiq etmək məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində iri ticarət və xidmət sahələrinin nümayəndələri ilə növbəti görüş keçirilib.

Görüş zamanı cari ildə Dövlət Xidmətinə daxil olan istehlakçı müraciətləri müzakirə edilib. Qeyd olunub ki, şikayətlərin məzmunu fərqli olsa da, ümumi problem sahibkarların bu sahəyə olan yanaşması ilə əlaqədardır. Bunun üçün Dövlət Xidməti sahibkarlara fəaliyyətlərinin təkmilləşdirilməsi üçün kompleks tədbirlərin görülməsi ilə bağlı təkliflər verib. Bildirilib ki, istehlakçı müraciətlərinə operativ reaksiya vermək üçün bu sahədə məsul şəxslərin və reqlamentin müəyyən olunması, çağrı mərkəzlərinin fəaliyyətində effektivliyin artırılması vacib şərtlərdəndir. Bununla yanaşı, servis mərkəzlərində nasaz məhsula dair istehlakçıya təqdim edilən sənəddə rəy verən mütəxəssis və yoxlama üsulu haqqında ətraflı məlumat əks olunmalıdır.
Tədbirdə yerli onlayn ticarət platformaları barədə də fikir mübadiləsi aparılıb. Vurğulanıb ki, bu sahədə əsas problem anbarda mövcud olmayan məhsulların onlayn təklif edilməsidir. Sahibkarlara bildirilib ki, onlayn ticarət zamanı istehlakçılarla sənədləşmə proseduru daha təkmil aparılmalıdır, müştərilər alğı-satqı və zəmanət şərtləri ilə tanış olduqdan sonra məhsulu əldə etməlidirlər.
Görüşdə Dövlət Xidmətinin fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verilib, istehlakçı məmnuniyyətinə nail olunması barədə fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?