23 Mart 2023

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan və Türkiyə iqtisadi təhlillərin hazırlanması sahəsində əməkdaşlığın inkişafını müzakirə edib

Türkiyənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı və Türkiyə Cümhuriyyətinin Cumhurbaşqanlığının Strategiya və Büdcə Departamentinin İSEDAK ve Uluslararası Kalkınma İşbirliği Genel Müdürü Fatih Ünlü arasında onlayn formatda görüş keçirilib.

Mərkəzdən bildirilib ki, görüşdə İİTKM-in fəaliyyəti, xüsusilə dövlət sektorunda strateji idarəetmə və planlaşdırma, dövlət proqramlarının monitorinq və qiymətləndirilməsi, iqtisadi təhlil və tədqiqatların hazırlanması sahələrində qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi yolları əsas müzakirə mövzuları kimi qeyd edilib.

Vüsal Qasımlı Strateji Yol Xəritələrinin həyata keçirilməsi, yeni sosial-iqtisadi inkişaf strategiyası, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və dayanıqlı inkişafı Dövlət Proqramının və Rəqəmsal Transformasiya Konsepsiyasının hazırlanması barədə məlumat verib.

Fatih Ünlü bu sahələrdə Türkiyənin təcrübəsini bölüşərək gələcəkdə İİTKM-in maraq dairəsində olduğu sistemlərin fəaliyyəti ilə bağlı təcrübə mübadiləsinin faydalı olacağını bildirib.

Görüşdə Türkiyə Cümhuriyyətinin Cumhurbaşqanlığının Strategiya və Büdcə Departamentinin İkili əməkdaşlıq Dairə rəhbəri Mustafa Şimşək, İİTKM-in icraçı direktorunun müavini Ramil Hüseyn və hər iki tərəfdən digər rəhbər şəxslər də iştirak edib və qarşılıqlı maraq kəsb edən sahələrdə mümkün əməkdaşlıq imkanları müzakirə olunub, gələcəkdə birgə fəaliyyət planları üzrə razılaşmalar əldə edilib.

İqtisadiyyatAğdam Sənaye Parkında rezidentlərin sayı 14-ə çatıb VergiAzərbaycan BEPS fəaliyyətləri üzrə öhdəliklərin icrasına başlayıb VergiHüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda vergi öhdəliyi necə tənzimlənir? İqtisadiyyatXamis Seyranov: “Yeni Rəqabət Məcəlləsi bir sıra üstünlüklərə malikdir” VergiVergi təşəbbüsləri və rəqəmsallaşma mövzuları üzrə təlim-seminar keçirilir İqtisadiyyatLatviya ilə potensial əməkdaşlıq imkanları müzakirə olunub VergiNaxçıvanda obyektlərin 50,6 faizində yeni nəsil NKA quraşdırılıb İqtisadiyyatEgils Levits Bakıda Azərbaycan və Latviya iş adamları ilə görüşüb VergiKeçmiş dövrlərdə artıq ödənilmiş ƏDV məbləği sonradan əvəzləşdirilə bilərmi? XəbərlərPrezident İlham Əliyev: “Biz pandemiya ilə mübarizə üçün 80 dövlətə yardım etmişik”