13 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Milli Məclisdə iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol xəritələrinin monitorinq və qiymətləndirmə hesabatı müzakirə olunub

Dekabrın 23-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Aqrar siyasət komitələrinin, Azərbaycan Respublikasının İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə birgə “Azərbaycan Respublikasında Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol xəritələrinin 2017-2020-ci illər üzrə monitorinq və qiymətləndirmə hesabatı"nın müzakirəsi keçirilib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, müvafiq sənəd 2016-2021-ci illər ərzində iqtisadi islahatların dərinləşməsində, iqtisadi subyektlərin inkişafında, mikro, kiçik və orta sahibkarlıq fəaliyyətinin genişləndirilməsində, iqtisadi sahələrin rəqabət qabiliyyətinin yüksəldilməsində mühüm rol oynayıb. Qeyd olunan Strateji Yol xəritələrində 2025-ci ilədək ölkənin iqtisadi sahələrinin rəqabət qabiliyyətliliyinin daha da gücləndirilməsi nəzərdə tutulub.

İclasda çıxış edən parlamentin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Strateji Yol Xəritəsində ölkənin kənd təsərrüfatı sahəsinin inkişafı ilə bağlı uzunmüddətli dövr üzrə inkişaf hədəflərini və ona nail olunması nəticələrini müsbət qiymətləndirib.

Sonra İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı “Azərbaycan Respublikasında milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri”nin 2017-2020-ci illər üzrə monitorinq və qiymətləndirmə hesabatı”nı deputatlara təqdim edib.

Bildirilib ki, Strateji Yol Xəritələrinin uğurlu icrası nəticəsində 2025-ci ilə qədər ÜDM-də 3 faizdən çox orta illik real artımı təmin etmək məqsədinin əsası qoyulub. Belə ki, bu il ölkədə ÜDM-in real artımı 5,1 faiz, o cümlədən qeyri-neft ÜDM-in artımı 6,0 faiz, gələn il isə iqtisadi artımın 3,9 faiz təşkil edəcəyi proqnozlaşdırılır. Həmçinin qeyri-neft sektoru üzrə ixracın 2015-ci ildəki adambaşına 170 ABŞ dollarından bu il 260 ABŞ dollarına çatması deməyə əsas verir ki, 2025-ci ildə 450 ABŞ dolları hədəfinə nail olunması mümkündür. Hazırda 2022-2026-cı illər üzrə ölkənin sosial-iqtisadi inkişaf strategiyası və tədbirlər Planı Hökumət tərəfindən hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.

Hesabatın müzakirəsində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli, deputatlar Vahid Əhmədov, Mahir Abbaszadə, Aydın Hüseynov, Məzahir Əfəndiyev, Müşfiq Cəfərov çıxış edərək fikirlərini səsləndirib, hesabata dair müsbət rəylərini bildiriblər.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?