12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Türkiyədə gələn il üçün minimum əməkhaqqı məbləği 54 faiz artırılıb

2022-ci il üçün Türkiyədə minimum əməkhaqqının məbləğinin 4253 lirə (460 manat) olacağı müəyyənləşdirilib. İşçi, işəgötürən və hökumət təmsilçilərindən təşkil olunmuş Minimum Əməkhaqqı Komissiyasının son yığıncağından sonra keçirilən mətbuat konfransında Prezident Rəcəb Tayyib Ərdoğan ölkədə minimum əməkhaqqı məbləğinin 2021-ci illə müqayisədə 50 faizdən çox artırıldığını vurğulayaraq qeyd edib ki, bununla minimum əməkhaqqı alanlar hər ay əlavə 1425 lirə vəsait əldə edəcək.

İşçinin evli olmasına və ailədə uşaqların sayına görə bu rəqəmin daha da yüksəldiləcəyinə diqqət yönəldən prezident Ərdoğan minimum əməkhaqqından tutulan gəlir vergisinin və damğa vergisinin (gerb yığımı) də yeni ildən ləğv ediləcəyini bildirib.

Qeyd edək ki, minimum əməkhaqqı həddinin yüksək maaş alanlara da müsbət təsiri olacaq: onların maaşının minimum əməkhaqqı səviyyəsində olan hissəsindən gəlir və damğa vergilərinin tutulub-tutulmayacağı da iqtisadi həyatın gündəmində olan məsələlərdəndəndir.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?