19 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi qanunvericiliyinin tətbiqi ilə bağlı görüşlər keçirilir

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ölkə iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların vergi qanunvericiliyinin tətbiqi ilə bağlı qarşılaşdıqları çətinliklər və təkliflərinin öyrənilməsi istiqamətində qarşılıqlı əməkdaşlığı və görüşləri davam etdirir.

Növbəti görüş Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsi, Tədris Mərkəzi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və ət məhsullarının istehsalı ilə məşğul olan aparıcı vergi ödəyicilərinin nümayəndələrinin iştirakı ilə onlayn formatda keçirilib.

Görüş zamanı istehsal məqsədilə əsas vəsaitlərin və mal-materialların idxalı, ət və süd məhsullarının istehsalçıları üçün vergi güzəştlərinin tətbiqi, təsərrüfat subyektinin uçotu, elektron qaimə-fakturanın tərtibi, riskli vergi ödəyicilərinin meyarları ilə bağlı təkliflər səsləndirilib. Yerli məhsul istehsalında sahibkarların qarşılaşdıqları çətinliklər ətrafında müzakirələr aparılıb.

Görüşdə səsləndirilən məsələlərlə bağlı müvafiq izahatlar verilib, kənd təsərrüfatı məhsullarının istehsalı və satışı, emal məhsulları ilə bağlı nəzərdə tutulan güzəştlər diqqətə çatdırılıb, sahibkarlar tərəfindən verilən təkliflərin diqqətdə saxlanılacağı və dövlət-biznes əməkdaşlığının bundan sonra da davam etdiriləcəyi bildirilib.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?