19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadiyyat naziri Yaponiya səfiri ilə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vada ilə görüşüb.

İqtisadiyyat naziri Azərbaycanın Yaponiya ilə əlaqələrin inkişafına önəm verdiyini, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndiyini qeyd edib. Azərbaycan-Yaponiya ticarət əlaqələrinin inkişafının əhəmiyyətini vurğulayan nazir ölkələrimiz arasında tərəfdaşlığın inkişaf perspektivlərini diqqətə çatdırıb, rəqəmsal iqtisadiyyat və dördüncü sənaye inqilabı texnologiyalarının tətbiqi, rəqəmsallaşma sahəsində təcrübə mübadiləsi, enerji və digər sahələrin əməkdaşlığın prioritet istiqamətlərindən olduğunu diqqətə çatdırıb.

Görüşdə Tokioda “Azərbaycan Ticarət Evi”nin və Bakıda “Japan Premium House”un yaradılması layihələrinin ikitərəfli iqtisadi-ticarət əməkdaşlığının inkişafına əhəmiyyətli töhfə verəcəyi qeyd edilib. Bildirilib ki, biznes forumların, ticarət missiyalarının təşkili, eləcə də sərgilərdə iştirak işgüzar dairələr arasında birbaşa təmasların qurulmasında, əməkdaşlığın inkişafında əlverişli mexanizmlər ola bilər.

Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada “2022 Azərbaycan - Yaponiya Dostluq İli” çərçivəsində həyata keçiriləcək tədbirlər barədə fikirlərini bölüşüb, Azərbaycan-Yaponiya əlaqələrinin daha da möhkəmlənəcəyinə əminliyini vurğulayıb.

Tərəflər ölkələrimiz arasında sərmayələrin təşviqi və qorunması haqqında Sazişin, gəlirə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında yeni Konvensiyanın imzalanmasının sürətləndirilməsi, energetika, ətraf mühit, “yaşıl” enerji layihələri üzrə əməkdaşlıq və s. məsələlər barədə fikir mübadiləsi aparıblar.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?