11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan və Tatarıstan elektrik şəbəkə şirkətləri arasında əməkdaşlıq sazişi imzalanıb

Azərbaycan və Tatarıstan elektrik şəbəkə şirkətləri arasında əməkdaşlıq sazişi imzalanıb.

“Azərişıq” ASC-dən bildirilib ki, ASC-nin İdarə Heyətinin sədri Vüqar Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin “Setevaya Kompaniya” ASC-yə işgüzar səfərinin məqsədi rəqəmsal texnologiyaların elektrik şəbəkələrində tətbiqi perspektivləri və gərginlik altında iş üzrə təcrübə mübadiləsi olub.

Səfərin ilk günü V.Əhmədov Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ölkədə elektroenergetika sahəsində aparılan genişmiqyaslı yenidənqurma və müasirləşdirmə istiqamətindəki islahatlar haqqında Tatarıstan Respublikasının energetiklərinə geniş məlumat verib. Eyni zamanda, şirkətin bir neçə filialında (Kazan şəhəri və Vısokaya Qora xidmət ərazisində), həmçinin “Enerqorazvitie” mühəndislik mərkəzində və “PromEnerqo” MMC-də respublika enerji klasterinə daxil olan müəssisələrdə görülən işlərlə tanışlıq, yerli mütəxəssislərlə fikir mübadiləsi aparılıb. Səfərdə qonaqları “Setevaya Kompaniya” ASC-nin baş direktoru İlşat Fardiyev müşayiət edib.

Nümayəndə heyətinin üzvləri üçün Kazan elektrik şəbəkələrində Mərkəzləşdirilmiş Dispetçer Sisteminin idarəetmə mərkəzinə ekskursiya təşkil olunub. Burada iki səviyyəli şəbəkə idarəetmə sistemi, elektrik şəbəkəsi obyektlərinin məsafədən idarə edilməsi və monitorinqinin yeni imkanları haqda geniş məlumat verilib.

Rəqəmsal texniki həllərin tətbiqi ilə bağlı fikir mübadiləsi Tatarıstandakı ilk rəqəmsal yarımstansiya olan 110 kV-luq “Portovaya” yarımstansiyasına, eləcə də Kazan şəhərində “Smart Grid” proqramı ilə əlaqələndirilmiş “RP-9” paylama məntəqəsinə səfər çərçivəsində davam etdirilib.

“Setevaya Kompaniya” ASC-nin baş ofisində Tatarıstan elektroenergetika şirkətinin fəaliyyəti ilə bağlı nəzəri fikir mübadiləsi aparılıb.

“Azərişıq”ın energetiklər qrupu şirkətdə aparılan operativ və texnoloji idarəetmə islahatına uyğun olaraq yenilənmiş Şəbəkə İdarəetmə Mərkəzinə də baxış keçirib, enerji sisteminin rejimlərinin idarə olunmasında “SK-11” müasir SCADA İdarəetmə Sisteminin istifadə səmərəliliyini yüksək qiymətləndiriblər.

Azərbaycandan olan nümayəndə heyətinin üzvləri şirkətdə həyata keçirilən “Energiya” - İstehsalat Sisteminin nəticələri ilə tanış olublar.

Qeyd edilib ki, Yaponiya şirkətinin mütəxəssisləri tərəfindən aparılmış auditin nəticələrinə əsasən, İstehsalat Sistemi dünya meyarlarına uyğunluq üzrə bürünc səviyyə əldə edib. Həmçinin Tatarıstanda tətbiq olunmağa başlanan gərginlik altında işləmə texnologiyası ilə nümayəndə heyətinin real şəraitdə tanış olması məqsədilə Vısokogorskiy RES ərazisində 10kV-luq HEVX-də aparılan yenidənqurma işləri təqdim olunub. Məlumat verilib ki, bu müasir iş texnikası təmir bərpa işlərinin gərginlik altında, elektrik enerjisi verilişində fasilə yaratmadan aparmağa imkan verir.

Növbəti görüş əsnasında, nümayəndə heyətinə şirkətin Tatarıstanın elektrik şəbəkəsinin virtual modeli olan “Rəqəmsal təkrarı” – Vahid Avtomatlaşdırılmış Proseslərə Nəzarət Sistemi haqqında geniş məruzə edilib.

İstehsalat və elektroenergetika obyektlərinə səfərlər başa çatdıqdan sonra “Azərişıq” ASC ilə “Setevaya Kompaniya” ASC arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

“İqlim şəraitinin fərqliliyinə baxmayaraq, bizim kifayət qədər ortaq təmas nöqtələrimiz var. Bu yaxınlarda Azərbaycana səfərimiz zamanı həmkarlarımızın yüksək səriştələrinə əmin olduq. Bugünkü sənədin imzalanması qarşılıqlı əməkdaşlıq, qabaqcıl təcrübənin tətbiqi və hər iki şirkət mütəxəssisləri arasında təcrübə mübadiləsi üçün geniş imkanlar yaradır”, – deyən İlşat Fərdiyev iki ölkə arasında elektroenergetika sahəsində əlaqələrin yaranmasını və gələcəkdə də inkişaf etdirilməsini yüksək qiymətləndirib.

Vüqar Əhmədov da öz növbəsində səmimi qəbula və səfərin məzmunlu zəngin proqramına görə “Setevaya Kompaniya” ASC-nin bütün kollektivinə təşəkkürünü bildirib, ikitərəfli münasibətlərin bundan sonra da davam edəcəyinə və gələcək inkişafı üçün yeni imkanlar qazanacağına əminliyini ifadə edib.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?