23 Mart 2023

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vahid Novruzov: Elektron xidmətlərin inkişafı və korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin prioritet istiqamətlərindəndir

Dekabrın 17-də Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə “Özəl sektorda anti-korrupsiya standartları” mövzusunda onlayn seminar-müşavirə keçirilib.

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov və Auditorlar Palatasının sədri, professor Vahid Novruzov tədbirin əhəmiyyətindən danışıblar.

Vahid Novruzov qeyd edib ki, ulu öndər Heydər Əliyev tərəfindən başlanılan və dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən sahibkarlığın inkişafı və sahibkarların fəaliyyətinə hər hansı bir formada müdaxilənin qarşısının alınması sahəsində görülən tədbirlər sahibkarlığın inkişafına süni maneələri aradan qaldırmaqla iqtisadi islahatların yeni mərhələsinə təkan verib, kölgə iqtisadiyyatı və korrupsiyaya qarşı mübarizə üçün zəmin yaradıb. Dövlət idarəçilik sistemində şəffaflığın gücləndirilməsi, elektron xidmətlərin inkişafı və korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Bununla yanaşı, ölkəmizdə korrupsiyaya qarşı mübarizənin uğurla aparılması üçün möhkəm siyasi iradə mövcuddur. Həyata keçirilən institusional və qanunvericilik islahatları, elektron hökumət infrastrukturu, vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıq, ictimai nəzarətin gücləndirilməsi və geniş maarifləndirmə tədbirləri antikorrupsiya siyasətinin müsbət nəticələrindəndir. Ölkəmizdə maliyyə şəffaflığının əsas təminatçılarından olan müstəqil audit də bu sahədə mühüm rol oynamaqdadır. Auditorlar Palatası cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılmasına və korrupsiyaya qarşı mübarizədə öz tərəfdaşları ilə, o cümlədən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə məhsuldar əməkdaşlıq edir.

Seminar-müşavirədə “Özəl sektorda anti-korrupsiya standartları”, “Özəl sektorda audit yoxlamaları zamanı korrupsiya və dələduzluq hallarının aşkar olunmasının metod və üsulları”, “Korrupsiya və iqtisadi fəaliyyət sahəsində baş verən cinayətlərin qarşısının alınması üçün qabaqlayıcı tədbir kimi risklərinin müəyyən edilməsi, təhlili və qiymətləndirilməsində auditin əhəmiyyəti”, “Auditorlar Palatası tərəfindən korrupsiyaya qarşı mübarizə məqsədilə hazırlanmış normativ-metodiki vasitələr və onların tətbiqi təcrübəsi”, “Korrupsiyaya qarşı mübarizə sahəsində audit yoxlamalarının əhəmiyyəti”, “Korrupsiyaya qarşı mübarizədə Beynəlxalq Audit Standartlarının rolu”, “Korrupsiya cinayətlərinin istintaqında audit yoxlamalarının əhəmiyyəti və meydana çıxan problemlər”, “Səlahiyyətli dövlət orqanlarının sifarişi əsasında aparılan audit təcrübəsi”, “Korrupsiyaya qarşı mübarizə sahəsində hüquq-mühafizə orqanlarının qarşılıqlı əlaqəsi”, “Auditor sübutu və onlardan səlahiyyətli dövlət orqanlarının araşdırmalarında istifadə olunması” mövzularında məruzələr dinlənilib.

İqtisadiyyatAğdam Sənaye Parkında rezidentlərin sayı 14-ə çatıb VergiAzərbaycan BEPS fəaliyyətləri üzrə öhdəliklərin icrasına başlayıb VergiHüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda vergi öhdəliyi necə tənzimlənir? İqtisadiyyatXamis Seyranov: “Yeni Rəqabət Məcəlləsi bir sıra üstünlüklərə malikdir” VergiVergi təşəbbüsləri və rəqəmsallaşma mövzuları üzrə təlim-seminar keçirilir İqtisadiyyatLatviya ilə potensial əməkdaşlıq imkanları müzakirə olunub VergiNaxçıvanda obyektlərin 50,6 faizində yeni nəsil NKA quraşdırılıb İqtisadiyyatEgils Levits Bakıda Azərbaycan və Latviya iş adamları ilə görüşüb VergiKeçmiş dövrlərdə artıq ödənilmiş ƏDV məbləği sonradan əvəzləşdirilə bilərmi? XəbərlərPrezident İlham Əliyev: “Biz pandemiya ilə mübarizə üçün 80 dövlətə yardım etmişik”