19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Tikinti icraatı üzrə müraciətlərlə bağlı qurumların fəaliyyətinin təhlili müzakirə edilib

Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Tikintiyə icazələrin verilməsi” üzrə İşçi Qrupunun 2021-ci ilin yekunlarına həsr olunmuş onlayn iclası keçirilib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, iclas çərçivəsində iştirakçılara “Bir pəncərə” elektron sisteminin ölkə üzrə tətbiqi və genişləndirilməsinə dair mövcud vəziyyət haqqında geniş məlumat verilib, portalın təkmilləşdirilməsi istiqamətində aparılan işlər və gələcək hədəflər ətrafında fikir mübadiləsi aparılıb.

Tikinti icraatında iştirak edən aidiyyəti dövlət qurumlarının da təmsil olunduğu iclasda cari ilin 11 ayı ərzində tikinti icraatı üzrə müraciətlərlə bağlı qurumların fəaliyyətinin təhlili, 2021-ci il ərzində İşçi Qrupunun fəaliyyət planının icra vəziyyəti müzakirə olunub.

Bununla yanaşı, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının sədrinin tapşırığına əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 82-ci maddəsinin tələblərinin təmin edilməsi vəziyyətinin araşdırılmasına dair hazırlanmış qanunvericilik təklifləri barədə məlumat verilib.

İclasda cari ilin Fəaliyyət Planının yekun qiymətləndirilməsi və 2022-ci il üçün Fəaliyyət Planının layihəsinin müzakirəsi də təşkil edilib. Hazırlanmış qanunvericilik təkliflərinin detallı müzakirəsi məqsədilə növbəti həftə ərzində İşçi Qrupun növbədənkənar iclasının keçirilməsi barədə qərar qəbul edilib.

Qeyd olunub ki, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 13 iyul tarixli Sərəncamı ilə yaradılıb.

Komissiyanın yaradılmasında məqsəd sahibkarlıq fəaliyyətinin optimal gəlirliliyini təmin edəcək və rəqabət prinsiplərinə əsaslanacaq biznes mühiti yaratmaq, ölkənin investisiya cəlbediciliyini artırmaqdır. Komissiyanın əsas vəzifələri biznes mühitinin və beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin yaxşılaşdırılması, bu istiqamətdə hazırlanacaq proqram və layihələrinin həyata keçirilməsi üçün yerli və xarici ekspertləri cəlb etmək, bu sahədə dövlət orqanları və qurumlarının fəaliyyətini əlaqələndirməkdir.

Qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi məqsədilə Komissiya tərəfindən 19 İşçi Qrupu yaradılıb. “Tikintiyə icazələrin verilməsi” üzrə İşçi Qrupuna Dövlət Şəhərsalma və Arxitektura Komitəsi rəhbərlik edir.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?